Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
17:41
1504
Yeni `Azərbaycan dilinin orfoqrafiya lüğəti` nəşrə göndəriləcək

“Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin hazırlığı istiqamətində son tamamlanma işləri görülür”. Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

O bildirib ki, lüğət yaxın günlərdə nəşrə göndəriləcək: “Hazırda "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə əməkdaşlarımız tərəfindən baxış keçirilir. Bütün sözlər hərfbəhərf yoxlanılır. Eyni zamanda Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarında yer alan bütün sözlər də lüğətdə qeyd olunub. Bundan əvvəlki orfoqrafiya lüğətində olmayan 4000 yeni söz daxil edilib. Bununla yanaşı, əvvəlki lüğətdə olan, təxminən, 1000 söz isə yeni lüğətə daxil edilməyib. Bilirsiniz ki, 2013-cü ildə nəşr olunan orfoqrafiya lüğəti tənqid olunmuşdu və xeyli iradlar var idi. Biz yeni lüğət hazırlanan zaman bütün bu tənqid və iradları nəzərə almışıq”.

M.Nağısoylunun sözlərinə görə, yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti" sentyabr ayında ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti", təqribən, 5 ildən bir hazırlanır.

Məqalədə : orfoqrafiya lüğəti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
196

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1811

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
350

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1270

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
418
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 23:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru