Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
15:40
2746
Maksimum bal toplayanların sayı azalıb - SƏBƏB

Uzun müddət stabil olan ali məktəblərə qəbul imtahanlarının qaydasında son illər bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklər abituriyentin xeyrinədir, ziyanına? Builki qəbul imtahanlarında maksimum bal toplayan abituriyentlər niyə azalıb?

Təhsil eksperti Kamran Əsədov bildirib ki, dəyişikliklər əsasən kurikulum sistemi ilə bağlıdır:

“Bildiyimiz kimi, ölkədə 2008-ci ildən etibarən  tədris kurikulum standartları ilə həyata keçirilir. İlk dəfə olaraq kurikulumla 1-ci sinifə gedən uşaqlar 2019-cu ildə orta məktəbi bitirirlər. Onların təhsil aldığı müdətdə əldə etdiyi bilik və bacarıqlar əvvəlki qaydalarda öyrədilmirdi. Onlar artıq ənənəvi üsulla yox, yeni tədris praqramları ilə tədris prosesində iştirak edəcəklər. Onların bilik və bacarıqlarının yoxlanılması ənənəvi test tapşırığı modelləri ilə həyata keçirilməsi mümkün deyil. Belə deyək ki, 2008-ci ilə qədər tədris yaddaş məktəbiydisə, artıq biz yaddaş məktəbindən təfəkkür məktəbinə keçirik. Bundan sonra şagirdlərdə yeni bilik və bacarıqlar formalaşmalıdır. Ona görə də qəbul qaydalarının dəyişməsi bu tədris proqramına uyğunlaşmayla bağlıdr, yəni əvvəllər dərsliklərdə olan bir neçə informasiya, artıq yeni dərsliklərdə yoxdur. Tədris proqramımız yeni şəxsiyyətin formalaşması istiqamətində qurulub. Qəbul qaydalarında dəyişiklik məhz bununla əlaqədardır. Nə qədər keyfiyyətlidir, yaxud hansı sistem daha əlverişlidir, bunu zaman göstərəcək”.

Ekspert 11 il ərzində şagirdlərin bu sistemi tam mənimsəyə bilmədiyin deyib:

“İlkin təhlillərdə müşahidə olunur ki, 11 il ərzində şagirdlərimiz yeni sitemi tam şəkildə mənimsəyə bilməyiblər. Şagirdlər arasınada yeni sistemə uyğun test tapşırıqlarına maksimum cavab verən abituriyentlərin sayı  demək olar ki, yox səviyyəsindədir. Ümumilikdə yüksək ballı abituriyentlərin sayı da bunu deməyə əsas verir. Keçən il ümumilikdə 29 nəfərə yaxın abituriyent maksimum bal toplamışdısa,  bu il ümumilikdə qəbul imtahanlarında maksimum bal toplayan yoxdur.Bu onu göstərir ki, yeni sistem hələ tam şəkildə mənimsənilməyib. Proqramın tamlığıyla bağlı müəyyən qüsurlar və çatışmazlıqlar var. Bu sistemin özünü doğruldub-doğruldmayacağını zaman göstərəcək. Kitablarımızın nə qədər keyfiyyətli olmağı, müəllimlərimizin yeniliyə hazır olmaqları və onu necə tətbiq etdiklərini biz bu prosesin sonunda biləcəyik”.

Məqalədə : maksimum bal 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1451

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
420

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
175

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
956

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Şərhlər
Бахруз Бабаев tərəfindən 24-05-2019 10:22:15 tarixində yazıldı
salam
imtahan suallari hazirlanmazdan evvel mekteblerde uwaqlarin bilik seviyyesini yoxlamaq meqsediyle MONITORINQler kecirilir. maraqli bir fakt monitorinq ancaq liseylerde ve qabaqcil mekteblerde kecirilir. ve bir qrup secilmiw uwaqin neticesine esaslanaraq butun waqirdler ucun suallar tertib olunur. ve ne qeder ki ucqar rayonlardaki mekteblerde tehsil seviyyesine lazimi diqqet gosterilmir bu belede davam edecek!!! Gorunur nazirlik bir qrup qabaqcil baki mektebini umumi olkedeki mekteblerin 0,01% tewkil etdiyini hesablaya bilmir. maraqlidi sade ehtimal meselesini hell ede bilmeyen nazirlik ve dim iwcileri uwaqlardan ne isteyirler?? meqsed nedi???daha cox uwaq odeniwli esaslarla oxusun??? daha cox uwaq xaricde tehsili ustun tutub veteni terk etsin???
Babek Fikretoqlu tərəfindən 24-05-2019 10:25:16 tarixində yazıldı
selam
Kurikulum təhsil sisteminin əsası uşaq bağçalarında qoyulmalıdır. Yeni bunun əsası olmalıdır.Gəlin baxaq görək hansı bağçada bu tətbiq olunur. Heç birində. Kimsə istisna göstərə bilər. Amma bu dənizdən bir damcidir. Bu haqda çox danışmaq olar. Qısası, mən Taysonun ayaqqabısin geyinə bilərəm, amma O ola bilmərəm. Avropadan götürəsi çox şey var idi,amma biz ən çətin planına qaçdıq. Az sonra fəsadlarını hiss edəcəyik.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 08:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru