Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
15:12
432
Günahsız yerə 45 il həbsdə yatdı - FOTO

ABŞ-da törətmədiyi cinayətə görə 45 il həbs çəkdikdən sonra günahsız olduğu barədə hökm çıxarılan və bu gün 73 yaşı olan Riçard Filipsə 1.5 milyon dollar ödənməsinə qərar verilib. Riçard Fillips illərlə, "törətmədiyim cinayəti qəbul etməkdənsə, həbsdə ölməyi üstün tutaram", - demişdi.

FaktXəbər-in məlumatına görə, ABŞ-ın Miçiqan ştatında 1972-ci ildə 27 yaşındaykən odlu silahla cinayət törətmək ittihamı ilə həbsxanaya göndərilən və 2018-ci ildə Miçiqan Universitetinin Məsumiyyət Klinikasının məhkəmə işini araşdırması ilə günahsız olduğuna hökm verilən Riçard Filipsə 1.5 milyon dollar ödənməsinə qərar verilib. Prokurorluğun açıqlamasına görə, Filips hadisə şahidlərinin demək olar ki, tamamilə yalan ifadələrinə istinad olunaraq ömürlük həbsə məhkum edilib.

Keçmiş maşın təmirçisi olan Filips eyni dövrdə silahlı soyğun cinayətinə görə məhkum edilib.

Haqsız yerə məhkum edilmiş fərdlərin cəmiyyətə yenidən inteqrasiya olmasının son dərəcə çətin olduğuna diqqət çəkən baş prokuror Dana Nessek, "ondan çox günahsız həbs cəzası çəkən olmayıb. Çəkdikləri acıya görə bu adamlara mərhəmətli bir təzminat təmin etməyə borcluyuq", - deyə bildirib. ABŞ-da günahsızlığı sübut edilənə qədər ən uzun müddət həbs çəkən Filips haqqında verilən bu qərar, ölkədə bu ana qədər verilən ən yüksək üç kompensasiya hökmündən biridir.

Məqalədə : həbs həbsxana 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
232

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
251

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
423

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
248

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
323
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 06:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru