Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
14:48
563
Tələbələri daşıyan mikroavtobusun qəzaya düşməsinin səbəbi açıqlandı

Yevlax rayonunda 2 nəfərin ölümü, 21 nəfərin yaralanmasına səbəb olan yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Məlumata görə, hərəkətdə olan 10-VX-514 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusun təkərlərindən biri partlayıb və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarına aşıb.

İlkin ehtimallara görə, təkərin partlamasına, nəqliyyat vasitəsində sərnişinlərin sayının nəzərdə tutulduğundan daha artıq olması və buna görə də ağırlığa tab gətirməməsi səbəb olub.

Hadisə zamanı 2 nəfər ölüb, 21 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Qəzada mikroavtobusun sürücüsü, 1960-cı il təvəllüdlü Şərifov Qəmbər Xudaverdi oğlu ağır xəsarət alıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyat ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə : avtobus qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
248

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
127

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
147

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
175

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
215

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
161
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 23:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru