Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
12:36
2221
“Android”üçün “Tor” brauzerinin rəsmi versiyası buraxılıb

“Tor Project” qeyri-kommersiya təşkilatı “Android” əməliyyat sistemi üçün “Tor” anonim brauzerinin rəsmi versiyasını təqdim edib. “Tor Browser 8.5” adlı versiya ilk stabil buraxılışdır. Ümumi sınaq üçün ilkin versiya 2018-ci ilin sentyabrında işıq üzü görüb.

Təşkilat nümayəndələrinin sözlərinə görə, fərdi kompüter və mobil versiya arasında bir sıra funksional fərqlərə baxmayaraq onlar “proxy” və izlənmədən yayınmaq üçün mühafizə daxil olmaqla eyni təhlükəsizlik funksiyalarını təmin edirlər.

“Android” üçün “Tor” ilə yanaşı, “Windows”, “Mac” və “Linux” əməliyyat sistemləri üçün “Tor 8.5” versiyası buraxılıb. Hazırda brauzerin “iOS” əməliyyat sistemi üçün rəsmi versiyası mövcud olmasa da, “Apple” smartfon və planşet istifadəçiləri “Tor” brauzerindən mobil qurğularda istifadəyə imkan verən alternativ proqramlar quraşdıra bilərlər.

Qeyd edək ki, “Tor” şəbəkəsinin iş prinsipi internet resursundan istifadəçi kompüterinə dolaşıq marşrutun çəkilməsindən ibarətdir. Marşrut boyunca informasiya bir neçə retranslyatordan keçir. Bu halda hər retranslyatorda yalnız əvvəlki və sonrakı qovşağın ünvanı olur. Retranslyatorların heç birində marşrut haqqında informasiya yer almır və bununla məlumatı ələ keçirmək istəyən şəxs məlumatların ötürülməsinin çıxışını və sonuncu məntəqələrini izləyə bilmir.

“Tor” layihəsi 1990-cı illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin elmi tədqiqat laboratoriyası tərəfindən dövlət rabitə kanallarının mühafizəsi texnologiyasının hazırlanması məqsədilə istifadəyə verilib. 2001-ci ildə Massaçusets Texnologiya İnstitutunun iki tələbəsinin səyləri nəticəsində vətəndaşlar texnologiyadan yararlanmağa başlayıb. 2005-ci ildə ABŞ hökuməti layihəyə ilk qrant ayıraraq texnologiyanın daha geniş kütlə arasında yayılmasına çalışıb. 2006-cı ildən layihə qeyri-kommersiya təşkilatına çevrilib.

Hesablamalara görə, hazırda dünyada anonim şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxındır.(İctnews)

Məqalədə : Tor brauzer 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1714

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1017

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2160

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2851

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
130

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
830

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4201

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
107
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 07:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru