Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
12:27
590
Mirabdulla Abbasov `Səbail`ə keçidindən danışdı

Milli komandamız və "Neftçi"nin hücumçusu Mirabdulla Abbasov Qol.az-a müsahibə verib. Yığmamızın gələn ay Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə keçirəcəyi oyunlar haqda danışan futbolçu "ağ-qaralar"ı "Səbail"ə dəyişəcəyi ilə bağlı xəbərlərə isə münasibət bildirmək istəməyib.

- Artıq bir neçə gündür millinin düşərgəsindəsən. Əhval-ruhiyyə necədir və qarşıdakı oyuna hazırlıq hansı səviyyədə gedir?

- Artıq hazırlığa başlamışıq. Məşqlərimiz yüksək səviyyədə keçir. Əhval-ruhiyyə də yaxşıdır. İnanıram ki, birinci oyuna optimal vəziyyətdə çıxacağıq.

- Yəqin ki, toplanışdan öncə iclas olub. Qarşınıza vəzifə qoyulubmu ki, 2 oyundan bu qədər xal toplamalısınız?

- Yox, elə bir hədəf qoyulmayıb. Hələlik yüngül məşqlər keçirik. Sabahdan tam heyətlə toplaşıb, daha ciddi hazırlaşacağıq. Əsas toplanış ayın 24-də başlayacaq. Yəqin, iclasımız da o zaman olar. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Bunu bizə məşqçinin deməyi lazım deyil. Özümüz də başa düşürük ki, evdə bacardığımız qədər xal qazanmalıyıq.

- Çempionat yenicə başa çatıb. Ağır mövsümdən sonra istirahət üçün elə də çox vaxtınız olmadı. Yorğunluq var?

- Xeyr. Əslində istirahət etməyə vaxtımız olub. Yalnız kubokun finalında oynayan futbolçular dincələ bilmədilər. Bizim isə axırıncı turdan sonra 1 həftə boş vaxtımız oldu. İstirahət etmişik, tam gücümüzlə oyunlara hazırlaşacağıq.

- İyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya ilə oynayacaqsınız. Hər iki oyundan nə gözləyə bilərik?

- Futboldur, əvvəlcədən nəsə demək çətindir. Millimiz, ölkəmiz adına meydana çıxıb, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, azarkeşlərimizi sevindirək. Əlbəttə, asan olmayacaq. Hər iki rəqib iddialıdır. Heyətində səviyyəli futbolçular çıxış edir. Amma evdə oynayacağımız üçün yaxşı nəticə qazanmaq istəyirik.

- Mövzunu dəyişək. Son vaxtlar "Səbail"ə keçəcəyinlə bağlı xeyli xəbər yayılıb. Elə sözügedən komandanın baş məşqçisi Aftandil Hacıyev də müsahibəsində sənə görə "Neftçi"yə təklif göndərəcəklərini söyləyib. İstərdim ki, bu məsələyə özün aydınlıq gətirəsən.

- Açığı, indi bu barədə danışmaq istəmirəm. Çünki millinin oyunlarına hazırlaşıram. Bu matçlardan sonra nəyin necə olacağını görəcəyik.

- Deyilənə görə, səninlə şifahi danışıq və ilkin razılıq olub...

- Bu barədə danışmaq istəmirəm. Bütün fikrim milli komandadadır.

- "Neftçi" ilə hələ 1 illik müqavilən var. Komandada qalmağı düşünürsən, yoxsa?..

- Heç nə deyə bilmərəm. İndi bunu danışmağın vaxtı deyil.(qol.az)

Məqalədə : Mirabdulla Abbasov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1710

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1014

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2157

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2818

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
128

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
829

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4185

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 04:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru