Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
12:15
768
Dəmir yolunda bir məlumatın qiyməti 1 manatdır - FOTO

Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.

FaktXəbər-in məlumatına görə, bu barədə sərnişinlər “Report”a bildiriblər. Onların verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:

“Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir.

Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.

Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.

Məqalədə : Dəmir yolu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3448

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1644

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2802

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1095
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-06-2019 00:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru