Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
11:34
642
İmişlidə ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

İmişli rayonunda 95 kq istehlaka yararsız, ölmüş heyvan cəmdəyi aşkar olunub. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiyindən (AQTA) FaktXəbər-ə verilən məlumata görə, agentliyin və aidiyyəti qurumların əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kq iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək. 

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Məqalədə : İmişli ölmüş heyvan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
229

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
247

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
419

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
245

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
319
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 06:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru