Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
11:01
1007
Corctaun Universitetinin professoru: ABŞ Orta Şərqdən çəkiləcək

Harvard Universitetinin professoru Stefan Ualt ABŞın Orta Şərq ilə olan əlaqələrinin ciddi şəkildə azalacağını və bununla birlikdə hərbi olaraq bölgədən geri çəkilməyə başlayacağını irəli sürüb.

FaktXəbər-in məlumatına görə, açıqlamasında Orta Şərqdəki hadisələrə və ABŞın bölgəyə olan maraqlarına toxunan Ualt, "Amerikanın bölgəylə əlaqəsi tamamilə bitməsə də, ciddi şəkildə azalacaq. ABŞ Orta Şərqdə bəzi vəziyyətlərdə hərbi mövcudiyyətini göstərsə də, daha çox diplomatik missiya yürüdəcək", - deyə bildirib.

Ualt ABŞ-ın bölgə ilə olan əlaqəsində etdiyi ən böyük səhvin bəzi ölkələrə digərlərinə nisbətdə daha fərqli münasibət göstərdiyini misal çəkib:

"ABŞ-ın bəzi Orta Şərq ölkələriylə xüsusi əlaqə qurması, digər ölkələrin Vaşinqtonla əlaqə yaratmaq istəklərini kənara atır. Fələstin-İsrail qarşıdurmasında olduğu kimi bu problem ABŞ-ın İsrail ilə xüsusi əlaqə qurmasıyla ortaya çıxdı. Bölgədə mümkün olduğu qədər daha çox ölkə ilə normal əlaqə yaratmağa çalışmalıyıq."

Ualtın ifadəsinə dəstək verən Corctaun Universitetinin professoru, Ağ Evin keçmiş işçisi Çarles Kupçan isə Vaşinqtonun maraqlarının artıq Asiya bazarına istiqamətlənməyə başladığını və ABŞ-ın Orta Şərqə göstərdiyi marağının vaxt keçdikcə azalacağı fikrini müdafiə edib.

Kupçan buna baxmayaraq ABŞ-ın bölgədən sürətli çəkilməsinin də İraq və Əfqanıstanda olduğu kimi problem yaradacağını söyləyərək, "Orta Şərqdən çıxmağa çalışırıq, amma Orta Şərq hər dəfə bizi geri içinə çəkir", - deyə bildirib.

Məqalədə : Orta Şərq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2583

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2388

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1799

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1504

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
272

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1198
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 09:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru