Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
09:40
696
Nazir tarixi eksponatların ölkəyə gətirilməsinə isti baxmır

Dünyanın müxtəlif muzeylərində Azərbaycana məxsus bir çox milli mədəniyyət, incəsənət, ədəbiyyat nümunələri saxlanılır. Xüsusilə tarixi özündə əks etdirən xalçalarımıza dünya muzeylərində daha çox rast gəlmək mümkündür. Gürcüstanda Azərbaycan xalçaları ilə bağlı böyük kolleksiya var. Türkiyənin Əsgəri Muzeyində də Şirvanşahlar dövrünə aid olan qılınc, dəbilqə geyim və sair əşyalar sərgilənir.

Təəssüüf ki, dünyanın bəzi muzeylərində nümayiş etdirilən həmin eksponatlar bir sıra hallarda Azərbaycana aid olmayan əşya kimi təqdim olunur.

Maraqlıdır, dünyanın müxtəlif muzey və kolleksiyalarında saxlanılan Azərbaycanın milli mədəniyyət və incəsənət nümunələrini ölkəmizə gətirə bilərikmi?

Bununla bağlı hansı işlər görülməlidir?

Mədəniyyət Nazirliyi, xaricdəki səfirliklərimiz, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana aid olan mədəniyyət, incəsənət, ədəbiyyat nümunələrinin ölkəmizə gətirilməsi mümkün ola bilərmi?

Mədəniyyət naziri Əbülfəs Qarayev Modern.az-a  açıqlamasında dünya muzeylərində saxlanan eksponatların ölkəyə gətirilməsinə heç də müsbət tərəfdən baxmadığını vurğulayıb:

“Dünyanın istənilən ölkəsində Azərbaycana aid olan tarixi-mədəniyyət və incəsənət nümunələri var ki, onların Azərbaycana məxsusluğu qeyd olunmalıdır. Dünya muzeylərində saxlanan mədəniyyət və incəsənət nümunələrini Azərbaycana gətirməyin bizə nə xeyri var?! Bu zaman ölkəmizə gətirib həmin eksponatları saxlamaqla nə qazanacağıq?! Əsas odur ki, mədəniyyət və incəsənət nümunələrimiz xarici muzeylərdə saxlansın və dünya xalqları da xalqımızın zəngin mədəniyyətə malik olduğunu görsünlər”.

Əbülfəs Qarayev dünyanın bəzi muzeylərində Azərbaycana aid olan nadir eksponatların başqa ölkələrin adına bağlanmasına da toxunub:

“O istiqamətdə iş aparırıq. Dünyanın müvafiq muzeyləri ilə əlaqə saxlayırıq. Mütəxəssislərimizi göndərmişik, məsələni araşdırırlar. Harada anlaşılmazlıq varsa, dərhal həll edirlər”.

Mədəniyyət naziri həmçinin dünya muzeylərində qorunub saxlanan bəzi əşyaların sığortalanması istiqamətində işlərin aparıldığını da əlavə edib.

Məqalədə : Tarixi eksponat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1714

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1016

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2159

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2831

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
130

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
830

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4196

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
106
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 07:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru