Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
09:25
620
“Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib

Ölkənin ən gənc mobil operatoru olan “Nar”, yüksəkkeyfiyyətli 4G şəbəkəsini bütün ölkə ərazisində genişləndirməyə davam edir. Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, son 5 ayda mobil operator 20-dən artıq 3G, 95 4G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Bununla da, “Nar” 4G baza stansiyalarının sayı 1800-ü, 3G baza stansiyalarının sayı isə 2670-i ötüb. 

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 45-dən artıq 4G baza stansiyasında avadanlıqlar yenilənib. Bundan başqa, mobil operator baza stansiyalarının şəbəkə tutumunu da genişləndirib. 

Bölgələrə xüsusi diqqətilə seçilən “Nar” 4G xidmətini təkcə Bakı və Abşeron ərazisində deyil, regionlarda, şəhər və rayon mərkəzlərində də təqdim edir. Hazırda 47-dən çox bölgə mərkəzi 4G şəbəkəsi ilə təmin edilib. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. 

Qeyd edək ki, “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. 

Məqalədə : nar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
232

"Ənsarullah" öz dronlarını istehsal edir

16

Sentyabr
14:49
DÜNYA
252

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
423

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
248

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
323
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 06:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru