Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
09:16
299
Türkiyə XİN-i ABŞ-ın ultimatumu barədə xəbəri təkzib edib

Türkiyə XİN rəhbərinin müavini Yavuz Səlim Kıran ABŞ-ın S-400-dən imtina ilə bağlı Türkiyəyə ultimatumu xəbərini təkzib edib. FaktXeber.com-un  verdiyi məlumata görə, bu barədə A Haber telekanalı diplomatın Vaşinqton səfəri zamanı  verdiyi bəyanata istinadla xəbər verib.

"Rəsmi səviyyədə belə bir şey olmayıb", - deyə Türkiyə XİN nümayəndəsi bildirib.

Bundan başqa o, CAATSA (Amerikanın düşmənlərinə qarşı  sanksiyalarla mübarizə) qanunu çərçivəsində ABŞ sanksiyaları ilə  razı deyil, çünki  S-400-ləri verilməsi ilə bağlı Rusiya ilə saziş bu qanun qəbul edilməzdən öncə bağlanıb.

Xatırladaq ki, CNBC kanalı öz mənbələrinə istinadla ABŞ-ın S-400-dən imtina üçün Türkiyəyə 2 həftə vaxt verdiyi barədə xəbər yaymışdı. Məlumata görə, Birləşmiş Ştatlar Rusiya istehsalı Havadan Müdafiə Sisteminin əvəzinə özlərinin «Patriot»unu təklif edir.

Məlumatda deyilir ki, S-400 alma istəyindən vaz keçilməyəcəyi təqdirdə Türkiyə sanksiyalarla qarşılaşacaq. İddiaya görə, saziş ləğv olunmazsa Türkiyə üçün F-35 proqramdan çıxarılacaq, Ankaranın  sifariş etdiyi 100 vahid  F-35 təslim edilməyəcək, ABŞ sanksiya tətbiq edəcək və NATO sərt reaksiya verəcək.

«S-400 təslimatı başa çatarsa Türkiyənin həqiqi və mənfi  nəticələrlə qarşılaşacağını vurğulayarıq», - deyə CNBC-yə mənbədən bildirilib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu  ötən ay  «Vaşinqtonun narahatlığını nəzərə alsalar belə, Ankaranın S-400 almaqdan imtina etmədiyini, sistemin  ilk hissələrinin iyun, ya iyul aylarında ölkəyə gətiriləcəyini bildirmişdi.

Məqalədə : s-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
327

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
192

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
215

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
239

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
291

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
226
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru