Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
15:04
780
Dövlət Proqramı ilə xaricə göndərilmiş 143 tələbənin maliyyələşdirilməsi donduruldu

Dövlət Neft Fondu tərəfindən 2018-ci ildə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  maliyyələşdirilməsinə 7 milyon 235,7 min manat (4,4 milyon dollar) vəsait ayrılıb və bu xərc maddəsi büdcədə nəzərdə tutulan vəsaitə (16 milyon 218 min manat) nisbətən 44,6 faiz səviyyəsində icra olunub.

Bu, “Azərbaycan Respublikasının 2018-il dövlət büdcəsinin icrası haqqında” qanuna və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu, 2017-ci ilin icra göstəricisi (17 milyon 7 min manat) ilə müqayisədə 9 milyon 774 min manat və yaxud 57,5 faiz aşağı olub.

Dövlət Proqramının sifarişçisi olan Təhsil Nazirliyi tərəfindən aşağı icranın səbəbləri izah edilib. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların təhsil xərclərinin maliyyələşdirilməsi məqsədi ilə 2018-ci il üçün proqnozlaşdırılan məbləğ (16 milyon 218 min manat) müəyyən edilərkən 1 nəfər tələbə üzrə illik xərc orta hesabla 36 min manat hesablanıb. Proqnozlaşdırılmış vəsaitdə Dövlət Proqramı çərçivəsində əvvəlki tədris illərində qəbul olunan, lakin təhsil xərclərinin maliyyələşdirilməsi müvəqqəti olaraq dondurulmuş bir qrup tələbənin xərcləri (143 tələbə ilə bağlı təxminən 5,15 milyon manat) də nəzərdə tutulub. Lakin həmin tələbələrin təhsillərində olan problemlər aradan qaldırılmadığı üçün onlarla bağlı heç bir maliyyələşdirmə aparılmayıb.

Bununla yanaşı, 2018-ci ilin dekabr ayının sonuncu ongünlüyündə vaxt məhdudiyyəti nəzərə alınaraq, təhsil xərclərinin maliyyələşdirilməsi sifariş edilməmiş tələbələr, eləcə də təhsil xərcləri 2018-ci il ərzində Təhsil Nazirliyinin müvafiq hesabına geri qaytarılmış vəsait (universitet və tələbələr tərəfindən geri qaytarmalar təxminən 130 min manat) hesabına təhsil xərcləri ödənilmiş tələbələr də olub. Qeyd edilənlər nəzərə alınaraq, 2018-ci il üçün proqnozlaşdırılan məbləğdən az vəsait maliyyələşdirilib.

Rəydə nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli qərarı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən, Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqqının ödənilməsi qaydalarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, xaricdə təhsil alanların təhsili ilə bağlı xərclərin ödənilməsi üçün vəsait Təhsil Nazirliyinin sifarişləri əsasında xarici valyuta ilə və yaxud sifarişin rəsmiləşdirmə tarixinə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatının ekvivalenti ilə Təhsil Nazirliyinin müvafiq xəzinə hesabına köçürülür. 2018-ci il ərzində Təhsil Nazirliyinin sifarişləri əsasında ayrılmış ümumilikdə 7 milyon 235,7 min manat məbləğində vəsait 2 milyon 581,3 min manat, 321 min 572,53 avro,  481,1 min funt-sterlinq, 1 milyon 723,5 min dollar olmaqla maliyyələşdirilib.(ONA)

Məqalədə : xaricdə təhsil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
437

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
27

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
957

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2781

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2646

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1953

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1256

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1934

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2756

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
87
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 23:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru