Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
14:57
274
Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat

“Sovet dövründən qalan küçə adlarının hələ də dəyişdirilməməsi laqeyd münasibətin nəticəsidir”.

Bunu Azərbaycanda saxlanılan Sovet ideologiyasına xas küçə adları haqqında danışarkən Milli Məclis yanında Toponimiya Komissiyasının üzvü, deputat Fəzail İbrahimli söyləyib. Onun fikrincə, heç kim o adların saxlanması haqqında xüsusi canfəşanlıq etməz:

Həmin adların dəyişdirilməsi ilə əlaqədar xüsusi qurumlar, aidiyyəti orqanlar var. Mətbuatda yazıb, müraciət edib, məsələni qaldırmaqla həmin qurumları hərəkətə keçirmək olar. Səs-küylü dövrlərdə bəzi küçə adları dəyişdirildi, qalanlara isə yenidən qayıdılmadı. Düşünürəm ki, bu məsələni gündəmə gətirməyiniz həllinə rəvac verə bilər”.

Paytaxt küçələrinin “Qazilər”, “Şəhidlər”, “Milli Qəhrəmanlar” adlandırılması təklifinə gəlincə, deputat Türkiyə təcrübəsində mövcud olan bu məqamın ölkəmizdə tətbiqinin lehinə deyil:

“Biz Türkiyədə nə varsa, ölkəmizə gətirə bilmərik ki?! Bizdə olan məqamların da çoxu Türkiyədə yoxdur. Məsələn, bir küçəyə “Qazilər”, yaxud “Şəhidlər” adı verildi. Belə çıxır ki, həmin küçədə çox sayda qazi və ya şəhid var. Bu qeyri-müəyyənlikdir, tərəfdarı deyiləm.

Dünyada belə təcrübə yoxdur ki, bütün şəhidlərin, qazilərin, qəhrəmanların, yaxud yazıçı, şair, dramaturqların, ziyalıların adına küçə verilsin. Daha çox xidmətləri olan şəxslərin adları əbədiləşdirilir. Şəhidlərimizin isə hamısının vətən yolunda xidmətləri böyükdür. Amma bir küçə və ya prospekti ümumi “Şəhidlər” adlandırmaq, məncə, düzgün deyil”.

Qeyd edək ki, paytaxt Bakıda sovet dövründən bəri hələ də saxlanan küçə adlarının bir qismini Mərkəzi Seçki Komissiyasının saytında tapmaq olar.

Məsələn, Binəqədi rayonunda “Keçid məhəllə”, “Vtorçermet - Yusifzadə”, “Rezervuar”, “İzlivnoy”, “Stroydetal”, “2-ci dəmiryol küçəsi”, “3-cü dəmiryol küçəsi”, “1-ci – 15-ci sıra küçələri”, “Vorovski”,  “Xutor”, Yasamal rayonu ərazisində “7-ci Sallaqxana”, Nəsimi rayonunda yerləşən “22-ci dairə”, “Kərpic”, “7-ci Sverdlov”, “Todorski”, “Droqal” kimi küçələr, habelə “İnşaatçılar” prospekti sovet dövründə verilən adlarını hələ də saxlayır.

Bundan başqa, Xəzər rayonunda da sovetdənqalma küçə adları rəsmi sənədlərdə saxlanılıb. Rayon ərazisində “Kolxoz”, “Əncirli”, “Pioner”, “Zulkayday Zulkaydayev”, “Maligin”, “Lev Starşik”, “Kooperativ”, “Komsomol”, “Qədəmgah”, “2-ci Beynəlmiləl”, “Zavod”, “V.Seryogin”, “UPD” kimi küçə adları var. Bu siyahıya Qala qəsəbəsinin “Voxr”, “Sovxoz”  küçələrini də əlavə edə bilərik.

Məqalədə : küçələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

XİN başçılarının görüşü keçirilir

20

İyun
22:45
SİYASƏT
443

Raul "Real"da baş məşqçi oldu

20

İyun
22:10
İDMAN
34

"Azərsilah" ləğv olundu - SƏRƏNCAM

20

İyun
18:53
HƏRB
960

Vilayət Eyvazov Daxili İşlər Naziri oldu

20

İyun
17:52
HÜQUQ,HADİSƏ
2785

Ramil Usubov vəzifəsindən azad edilib - SƏRƏNCAM

20

İyun
17:46
HÜQUQ,HADİSƏ
2651

Azərbaycan büdcəsinin gəlirləri və xərcləri

20

İyun
17:21
İQTİSADİYYAT
1955

İntihar edən Elinanın qəbri təhqir olunub - FOTO

20

İyun
17:12
HÜQUQ,HADİSƏ
1258

Oqtay Əsədov: "Bizə mane olmasalar..."

20

İyun
17:03
SİYASƏT
1936

"Bəs, anamın günahı nə idi?" - FOTO

20

İyun
16:39
HÜQUQ,HADİSƏ
2762

Azərbaycan qaz ixracını 40%-dən çox artırıb

20

İyun
16:11
İQTİSADİYYAT
88
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-06-2019 00:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru