Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
11:18
1803
Səhiyyə Nazirliyində mühüm iclas keçirilib

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Nazirlikdən Faktxeber.com-a verilən məlumata görə, Şura üzvlərinin iştirakı ilə keçirilən iclasda Aparat rəhbəri Nadir Zeynalov nazirliyin fəaliyyətinin bugünkü aktual istiqamətləri, səhiyyə siyasətinin inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər, eləcə də Nazirliyin ötən müddət ərzində gördüyü işlər barədə məlumat verib.

İclasda Şura üzvlərinin fəaliyyətini daha səmərəli təşkil etmək üçün texniki- təşkilati məsələlər müzakirə edilib və bununla bağlı Nazirliyə təkliflər verilib. İctimai Şuranın sədri Rüstəm Salayev Şuranın qarşıda duran planları barədə danışıb.

Şura üzvləri çıxış edərək İctimai Şuranın fəaliyətinə və Şuranın Nazirliklə birgə fəaliyyətinin daha səmərəli təşkilinə dair fikirlərini bölüşüb, təkliflər səsləndiriblər. İclasda cari məsələlər geniş müzakirə edilib.

Nazirlik yanında İctimai Şuranın 2019-cu ilin yanvarında yaradıldığını xatırladan Nadir Zeynalov əhalinin sağlamlığının qorunması istiqamətində Nazirlik tərəfindən görülən işlər üzərində ictimai nəzarətin həyata keçirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə tədbirlərində Şuranın fəal iştirakının önəmli olacağını diqqətə çatdırıb.

Məqalədə : Səhiyyə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
244

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
82

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
43

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 11:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru