Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
11:05
5872
Gecə boyu bu narahatlıqlar xərçəngin xəbərçisidir

Obstruktiv yuxu apnesi (OSA) olan insanlarda  digərlərinə nisbətən daha çox xərçəng diaqnozu qoyulub. FaktXeber.com-un Medicalxpress-ə istinadla verdiyi məlumata görə, Avropa Ağciyər Vəqfinin mütəxəssisləri 19 mindən çox insanın iştirakı ilə apardıqları tədqiqatdan sonra belə bir nəticəyə gəliblər.

Bundan əlavə OSA-dan əziyyət çəkən qadınlarda bədxassəli şişin inkişafı riski eyni diaqnozlu kişilərə nisbətən daha çoxdur.

Alimlər araşdırmalar zamanı müəyyən ediblər ki, gecə boyu qanda  oksigenin  aşağı səviyyədə olması və OSA-da tez-tez rast gəlinən yuxu pozğunluğunun xərçəngin müxtəlif növlərinin biologiyasında vacib rol oynaya bilər. Onların sözlərinə görə, ağır OSA bədxassəli prosesin indikatoru ola bilər. 

Apnoe (yaxud OSA) - yuxu zamanı tənəffüs pozğunluğudur, hansı ki, bəzən nəfəs alma 40 saniyə dayanır. İlk dəfə 1965-ci ildə adı qoyulan apnoe, yunan dilində ‘nəfəs arzusu’ deməkdir. İki cür yuxu apnesi müəyyən olunub: birincidə beyin tənəffüsü başladan nəfəs alma əzələlərinə doğru siqnalları göndərə bilmir, digərində isə hava tənəffüs yollarında tıxanır. Apne əsnasında nəfəs almaq üçün həddindən artıq səy göstərildiyi üçün damarlar və ürək müqavimətə qarşı işləyir. O əsnada qandakı oksigen sıxlığı azalır. Ürəkdə bir sıra ritim pozğunluqları baş verir. Yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir. Adətən bundan əziyyət çəkənlərin özlərində belə bir problemin olduğundan xəbərsiz olurlar.

Məqalədə bildirilir ki, OSA-nın klassik simptomları olan – gecə vaxtı yuxululuq, xorultu və tənəffüsün dayanması adətən kişilərdə görünür. Lakin bu nasazlığın başqa az bilinən simptomları da – yorğunluq, yuxusuzluq, depressiv vəziyyət və səhərlər başağrısı da mövcuddur. Belə vəziyyətlər adətən qadınlarda müşahidə olunur. Bu səbəbdən xəstələrdə bu vəziyyət müəyyən olunarkən, həkimlər daha diqqətli olmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
60

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
350

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
55

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
38

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
43
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 17:20



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru