Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
10:33
824
Misir rəsmən elan etdi: Marşal Həftəri dəstəkləyirik

Misir rəhbərliyi Liviyanın şərqində hərbi qüvvələrin lideri, marşal Xəlifə Həftəri dəstəklədiklərini açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə ictimaiyyətə ölkənin xarici işlər naziri Samih Şükri məlumat verib.

O, Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən iftar ziyafətində bəyan edib ki, rəsmi Qahirə "Liviya Milli Ordusu"nu dəstəkləyir və ölkədəki digər qurumları da bu ordunun nəzdində fəaliyyət göstərməsi üçün səy göstərir.

Bölgədə silahlı qarşıdurmalara toxunan Misirin XİN rəhbəri həmçinin deyib ki, Liviyaya müharibə deyil, siyasi həll yolu lazımdır.

Qeyd edək ki, paytaxt Tripolini ələ keçirmək üçün 4 apreldə hücuma keçən Xəlifə Həftərin rəhbərlik etdiyi "Liviya Milli Ordusu" ilə Milli Razılıq Hökumətində Prezident Şurasının sədri Fayiz əs-Sərracın ordu qüvvələri arasında qarşıdurmalar başlayıb.

2011-ci ildən Milli Konsensus Hökuməti (UMH) və Liviyanın şərqindəki Xəlifə Həftərə bağlı qüvvələri dəstəkləyən Tobruk rəhbərliyi arasında qarşıdurma gedir. Tobruk Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələr tərəfindən dəstəklənir.

Məqalədə : Misir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
513

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
608

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
641

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1142

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
726

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
698
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 08:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru