Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
10:24
2178
Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq

Azərbaycanda dövlət qurumlarında xidməti avtomobillərdən istifadə sahəsində vəziyyət cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Xüsusilə böyük neft pullarının axını başlanandan sonra dövlət qurumlarının hədsiz bahalı avtomobillərin alınmasında sanki yarışa girmiş kimi davranmaları ictimaiyyətin kəskin qınağına səbəb olub.

İctimaiyyətin rəyini nəzərə alaraq ölkə prezidenti bu il yanvarın 17-də imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına dövlət strukturlarının avtomobil təminatı sisteminin təkmilləşdirilməsinə yönəlik tədbirlər daxil edib. Belə ki, fərmanın 8-ci bəndinə əsasən Nazirlər Kabineti üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət adından yaradılan publik hüquqi şəxslərdə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə xidməti nəqliyyat vasitələri ilə təmin edilməli vəzifələrin siyahısını prezidentlə razılaşdırmaqla müəyyən etməli idi. Sənədə əsasən müəyyən olunacaq siyahıdan kənarda qalan vəzifələrdə işləyən şəxslərə xidmət edən xidməti nəqliyyat vasitələri mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin balanslarından çıxarılaraq özəlləşdirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim ediləcək və nəticə barədə prezidentə məlumat veriləcəkdi.

Xatırladaq ki, 2011-ci ildə Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərar qəbul edib. Qərarda hər bir dövlət qurumu üzrə xidməti avtomobillərin sayı, hər avtomobil üzrə aylıq yürüş həddi, ona sərf olunacaq yanacağın həcmi müəyyənləşib. Lakin ötən müddət ərzində ayrı-ayrı dövlət qurumlarının Nazirlər Kabinetinin bu qərarına əməl etmədikləri məlum olub.

Prezidentin yanvarda imzaladığı fərmanda nəzərdə tutulan tədbirlər Nazirlər Kabineti tərəfindən icra olunubmu?

Bununla bağlı Nazirlər Kabinetinə ünvanlanan sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən müvafiq təklif hazırlanıb: “Bildirmək istəyirik ki, bu müddət ərzində Maliyyə Nazirliyi mövcud vəziyyəti əhəmiyyətli şəkildə təhlil edib, zəruri qiymətləndirmə aparıb. Nazirlik tərəfindən bu istiqamətdə qanunvericiliklə tələb olunan sənəd hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Nazirlər Kabineti isə öz növbəsində Maliyyə Nazirliyinin təqdim etdiyi sənəd əsasında mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərin (payların) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərlə işçi qaydada müzakirələr apararaq, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana  uyğunlaşdırılması istiqamətində təklifini hazırlayaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edib”. ("Yeni Müsavat")

Məqalədə : məmurlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2579

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2387

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1799

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1503

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
272

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1198
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 09:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru