Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
09:55
249
Əli Məsimli: `Cənubi Koreya ona görə sürətlə inkişaf edib ki...`

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi mayın 21-də keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi keçirilib. 

Qanun layihəsinin müzakirəsi zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında diskussiyalar aparılıb. Məlumata görə, deputat Əli Məsimli çıxışında deyib ki, Azərbaycanın dövlət büdcəsinə konseptual baxımdan yanaşdıqda, xərcləmələrin konsepsiyası qeyri-müəyyəndir: “Layihələr yerinə yetirilir, bunlar çox vacibdir və bunu inkar etmək olmaz.

Maliyyə sektorundakı islahatlar o vaxt dəstəklənər ki, sosial sahədə islahatlar Azərbaycanda əhalinin yaşayışına müsbət təsir göstərsin. Kompensasiyaların verilməsi, dollarla bağlı kreditlərdə xeyli yumşalma buna gətirib çıxardı. Maliyyə Nazirliyi sosial təşəbbüslərlə çıxış etməlidir.

Büdcədə sosial sahəyə ayrılan vəsait təmir-tikintiyə ayrılan vəsaitdən azdır. Hər 1 manata 10-11 manat artıq təşkil edir. Bu onu göstərir ki, xərcləmənin fəlsəfəsini dəyişməli, yeni modelə uyğunlaşmalıyıq. Bu halda kiçik və orta sahibkarlığa dəstək büdcəyə qənaətə səbəb olacaq. Özəl təşəbbüsü dövlətin fəaliyyəti əvəz edə bilmir. Əsas gücü özəl sektora versək, onda büdcəmiz bundan qat-qat yaxşı olacaq”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb. O deyib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayırır: “Hazırda 22 milyardıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyi görürük. İdman kompleksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil”.

Deputat Vahid Əhmədov isə Azərbaycanda qiymət artımının səviyyəsi ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib. O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib: “Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”. Deputat həmçinin  dövlət başçısının apardığı siyasətə bəzi qüvvələrin  kölgə salmağa çalışdığını da söyləyib.  “Bəzi özlərini professor, doktor, ekspert hesab edənlər həyata keçirilən islahatların effektsiz olduğunu və heç bir əhəmiyyətinin olmadığını bildirirlər. Fikrimcə, son illərdə ölkədə dərin islahatlar həyata keçirilir. İslahatın məgər buynuzu olur?”

V.Əhmədov  qeyd edib ki, dövlət başçısı tərəfindən 2016-2020-ci illər üçün Strateji Yol Xəritəsi qəbul edilib: “Bu yol xəritəsinə əsasən islahatlar həyata keçirilir. İslahatlar daha əvvəldən başlayıb və gedir. Mənim təklifim odur ki, belə büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunsun. Müzakirəyə çıxarılan büdcənin icrası ilə bağlı müzakirələrə QHT-lər, siyasi partiya rəhbərləri, bizi tənqid edən ekspert və alimləri dəvət etmək lazımdır ki, qoy onlar öz fikirlərini bildirsinlər, biz də öz arqumentimizi ortaya qoyaq. Qoy, onlar müzakirə zamanı görsünlər ki, hansı işlər görülüb. Ona görə də hesab edirəm ki, parlament müzakirələrə açıq olmalıdır”.

Yenidən söz alan deputat Əli Məsimli ölkədə təhsil və səhiyyə sahəsində əməkhaqlarının aşağı olmasını qəbuledilməz sayıb: “Cənubi Koreya ona görə yüksək sürətlə inkişaf edib ki, ilkin dövrdə hər şeydən kəsib, məhz təhsilə daha böyük vəsait ayırıblar”.

Maliyyə nazirinin müavini Azər Bayramov deputatların çıxışlarında səslənən əksər məsələlərin qanunvericilikdə əksini tapdığını, praktikada tətbiq olunmağa başlandığını bildirib: “Digər qanunvericilik aktlarında dəyişikliklər etməklə bu prosesin sürətləndirilməsinə nail olacağıq. Məsələn, icbari tibbi sığorta gələn ildən ölkə üzrə tətbiq olunacaq”.

“Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”. Bunu isə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib. O əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlir və xərclərlə bağlı artımı son 7 ildə ən böyük göstərici olub: “Hesabat ilində Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyi proqnozları artıqlaması ilə yerinə yetirib. 2018-ci ilin dövlət büdcəsi 20 mənbə üzrə daxilolmalar hesabına formalaşdırılıb. Bu mənbələrdən 13-ü üzrə proqnoz 100 faizdən artıq, 7-si üzrə kəsirlə icra edilib”.

Hesablama Palatasının sədri bildirib ki, dövlət büdcə gəlirlərində neft amili yenə də dominant olub".

Azərbaycanın dövlət borcunun ümumi məbləği də bəlli olub. Hesablama Palatasının Rəyində bildirilib ki, 2019-cu ilin 1 yanvar tarixinə dövlət borcunun ümumi məbləği 16 496,2 milyon manat olub. “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında müzakirə ediləcək. (modern.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1451

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
420

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
175

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
956

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 08:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru