Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
20:09
1209
Müdafiə naziri təlim mərkəzində bölmələrin məşqlərini izləyib - VİDEO

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə rəhbərlik edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti təlim məntəqələrinə baş çəkib.

Müdafiə Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, əsas komanda məntəqəsində general-polkovnik Z.Həsənovun rəhbərliyi ilə keçirilən toplantıda dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair komandir-rəis heyəti və digər vəzifəli şəxslərin məruzələri dinlənilib. Eyni zamanda təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında təlim iştirakçıları maket üzərində tapşırıqların dəqiqləşdirilməsi, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkilini həyata keçiriblər.

Alınmış döyüş tapşırığı əsasında keçirilən bölmələrin məşqlərini izləyən Müdafiə naziri hərbi qulluqçular qarşısında çıxış edib, tövsiyələrini çatdırıb və xidmətdə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

Bölmələrin döyüş atışlı taktiki məşğələsində şəxsi heyət müxtəlif maneələri dəf etməyi və düşmən üzərinə hücumun yerinə yetirilməsini nümayiş edib.

Ərazidə yaradılmış təlim nöqtələrinə, sinif otaqlarına baş çəkən Müdafiə naziri təlimə cəlb edilən döyüş texnikalarını da yoxlayıb, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.

Hərbi hissədə yeni tikilmiş yeməkxanada olan general-polkovnik Zakir Həsənov burada yaradılan şəraitlə tanış olub, ərzaq anbarına baxış keçirib, saxlanılan məhsulların keyfiyyətini yoxlayıb və şəxsi heyətlə birgə nahar edib.

Məqalədə : hərbi təlim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1710

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1014

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2157

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2818

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
128

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
829

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4185

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 04:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru