Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
18:02
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
“Diqlas” ticarət mərkəzində baş verən yanğında dəyən ziyanın inventarizasiyasi başa çatdırılıb və hazırda istintaq prosesi davam edir. Bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. S.Məmmədov həmçinin bu tipli hadisələrin bir daha təkrarlanmaması üçün sahibkarlara öz əmlaklarını sığortalanmasını tövsiyə edir: "Diqlas" ticarət mərkəzində baş verən yanğınla bağlı ayrılan vəsait sahibkarlıq subyektlərinə seçilmiş banklar vasitəsilə artıq təqdim olunub. Onlara dəyən ziyanın inventarizasiyasi başa çatdırıldı və hazırda istintaq prosesi davam edir. Biz istintaqın nəticəsini gözləməliyik". Nazir müavininin sözlərinə görə, beynəlxalq təcrübəyə uyğun olaraq bu proseslər sığorta mexanizmləri ilə tənzimlənir: “Həmçinin belə hallar baş verdikdə sığorta mexanizmləri işə düşür və sahibkarlıq subyektlərinə sığorta şirkətləri tərəfindən dəyən ziyan ödənilir. Sözsüz ki, Azərbaycanda bu sahədə də qanunvericilik əsasları mövcuddur və qanunvericilikdə bu məsələlər nəzərə alınıb. Sahibkarlarımıza tövsiyəmiz odur ki, öz əmlaklarını sığortalasınlar ki, gələcəkdə belə hallarla üzləşməsinlər". Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 9 ticarət mərkəzi təklif olunub. /Report
Məqalədə : Diqlas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47784

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45861

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47489

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47096

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52661

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46732

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47174
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-10-2020 02:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru