Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
16:06
696
Həccə getmə və qayıtma tarixləri məlum oldu

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 900-ə yaxın insan müraciət edib. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır.

Bildirilib ki, zəvvarlar 8 təyyarə reysi ilə yola salınacaq. Sənəd qəbulu isə kvota dolana qədər davam edəcək. Hazırda sənəd qəbulu davam edir.

Bu il Azərbaycan üçün Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub. Bir müddət əvvəl isə kvotanın aradan qaldırıldığı qeyd olunurdu, lakin sonradan qərarın qərarın dəyişdiyi və kvota qoyulduğu bildirilir.

Qeyd edək ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulmuşdu.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Zəvvarlar bu il də ötən il olduğu kimi təyyarə ilə yola salınacaq.

Məqalədə : Həcc 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
234

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
113

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
134

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
164

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
201

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
149
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 22:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru