Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
12:07
1934
Ümidli və ümidsiz insan arasındakı fərq

Bu otuz gündə - və ya iyirmi doqquz gündə - ardıcıl olaraq, beş vacib namazdan əlavə nafilələr də var ki, insan həmişə onları qıla bilər. Bəzi dualar var ki, onlara diqqət, onları oxumaq insana ikiqat nuranilik bəxş edir. Bu duaları bizim ixtiyarımıza veriblər. Allahla danışmaq, minacat etmək qaydasını bizə öyrətmişlər. Müəyyənləşdirmişlər ki, Allahla hansı sözləri danışmaq olar. Bu duaların bəzisi imamlardan nəql olunmuş dualardır. Əgər bunlar olmasaydı, insan özü Allahla necə danışmaq lazım olduğunu, hansı dillə danışmaq, necə istəmək lazım olduğunu bilməzdi.

Bundan başqa ramazan ayının özü oruc tutan üçün bir nuranilik, ruhanilik zəminidir. Onu ilahi lütfləri qazanmaq üçün hazırlayır. Ramazan ayının namazları ilə, orucu ilə, duaları ilə, bir bütöv olaraq nəzərə alsanız, Quran tilavətini də ona əlavə etsəniz – demişlər ki, ramazan ayı Quranın baharıdır – bir yenidənqurma, özünəqayıdış, çürüntülərdən xilas olmaq və s. dönəmidir. Olduqca qənimət sayılası bir dönəmdir. 

Məsələnin əsası bundan ibarətdir ki, biz ramazan ayında Allaha doğru səfərə çıxaq və bu mümkündür. Ramazan ayını qənimət bilərək bu günləri orucla, bu gecələri zikrlə, dua ilə keçirək. Dua fəsli bu mübarək aydır. Doğrudur, insan dua ipi ilə daim Allahla əlaqədə olmalıdır. Amma “(Ya Peyğəmbər!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər” ("Bəqərə", 186). ayəsi oruc və ramazan ayına aid ayələrin arasındadır. “Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam” ayəsi   bütün insanları, bütün bəndələri duaya, diqqətə sövq edir, səsləyir.

Dua insanla Allah arasında könül əlaqəsidir. Dua Allahı səsləməkdir. İstəmək ümidvar olmaqdır. Naümid insan bir şey istəmir. Deməli, dua ümiddir. Qəbul olunmağı ümidlə yanaşıdır. Bu qəbul olunma ümidli könülləri işıqlandırır, nurlandırır. Duanın bərəkəti ilə cəmiyyət şən, nikbin, fəal olur.

Məqalədə : Ramazan ayı dualar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
177

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1048

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
243

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
394
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru