Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:55
408
`AzAlternativEnerji`nin zərəri artıb

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yanında “AzAlternativEnerji” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 57,963 milyon manat təşkil edib.

Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,4% azdır.

2018-ci ildə “AzAlternativEnerji”nin cari aktivləri 9,7% azalaraq 167 min manata düşüb, uzunmüddətli aktivləri isə 1,4% artaraq 57,796 milyon manata çatıb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri təxminən 50% artaraq 29 min manat, cəmi kapitalı isə 1,9% artaraq 57,934 milyon manat olub.

Ötən il “AzAlternativEnerji”nin cəmi gəlirləri 3,972 milyon manat (əvvəlki ilə nisbətən 41,6% çox), o cümlədən əsas əməliyyat gəlirləri 439 min manat (29,1% çox), xərclərin ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayırmalar 3,534 milyon manat (43,4% çox), cəmi xərcləri isə 4,54 milyon manat (35,5% çox), o cümlədən insan resursları üzrə xərcləri 2,492 milyon manat (17,5% çox), əməliyyat xərcləri 999 min manat (3,1 dəfə çox), ümumi və inzibati xərcləri 388 min manat (5,15% çox), əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 661 min manat (23,3% çox) təşkil edib. Son nəticədə şirkətin əməliyyat zərəri 567 min manat olub ki, bu da illik müqayisədə 3,85% çoxdur.

2017-ci ildən fərqli olaraq 2018-ci ildən “AzAlternativEnerji”nin təxminən 2 min manat digər gəlirləri, eləcə də məzənnə fərqindən cüzi zərəri olub. Bununla da, şirkət ötən ili 566 min manat zərərlə başa vurub. Bu da əvvəlki ilə nisbətən 3,7% çoxdur.

Xatırladaq ki, “AzAlternativEnerji” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 51,483 milyon manatdır. 

Məqalədə : AzAlternativEnerji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
273

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
278

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
324

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1154

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1342

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1119

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1151

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
500
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 03:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru