
Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəblərə yeni qayda ilə keçirilən qəbul imtahanlarında ötən illərdə olduğu kimi fənlər üzrə nisbi balın qoyulub-qoyulmamasına və abituriyentlərin hər hansı imtahan fənni üzrə nisbi bal toplaya bilmədikdə ali məktəbə qəbul müsabiqəsinə buraxılmayacağı ilə bağlı valideynləri narahat edən məsələlərə aydınlıq gətirib.
DİM-in mətbuat katibi Xanlar Xanlarzadə Trend-ə bildirib ki, ötən illərin qəbul qaydalarına görə, ixtisas seçimində hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərdilər. Bu il isə abituriyentlər üçün imtahan fənləri üzrə nisbi bal məhdudiyyəti, yəni hər hansı fənn üzrə mimimal olaraq, müəyyən edilmiş balın toplanılması şərti qoyulmayıb. Amma builki qəbul qaydalarının ümumi şərtlərinə əsasən, abituriyentin imtahanın birinci (birinci, yəni buraxılış imtahanı mərhələsində maksimal 300 bal) və ikinci mərhələsində (maksimal 400 bal) topladığı minimal balın ümumi həddi 200 olmalıdır. Abituriyent üçün imtahanın birinci mərhələsində minimal balla bağlı tələb qoyulmasa da, onun ikinci mərhələdə topladığı bal 100-dən az olmamalıdır.
Bununla yanaşı, əgər abituriyent buraxılış imtahanında 80 bal toplayıbsa, ikinci mərhələ imtahanında minimal olaraq 120 bal toplamalıdır ki, müsabidəqə iştirak edə bilsin. Çünki müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılırlar. Əvvəllər nisbi balla qoyulmuş tələblər, eyni zamanda nisbi bal sıfır olduqda müsabiqədə iştirak edə bilməməklə bağlı qoyulan məhdudiyyətlər indi yoxdur.
X.Xanlarzadə qeyd edib ki, yeni qaydalarda nisbi balla bağlı yalnız müəyyən ixtisaslar üzrə məhdudiyyətlər qoyulub.
Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarına qəbul olmaq üçün abituriyentin xarici dil fənnindən (buraxılış imtahanında) topladığı nisbi bal 40 olmalıdır. Dövlət ali təhsil müəssisələrinin “Tərcümə" (dillər üzrə) ixtisasının müsabiqəsinə xarici dil fənni üzrə nisbi balı 30-dan az olmayan abituriyentlər buraxılacaqlar. Abituriyent dövlət ali məktəblərinin tədrisi ingilis dilində olmayan ixtisaslarına sənəd vermədikdə nisbi bal məhdudiyyəti qoyulmayacaq.
DİM rəsmisi əlavə edib ki, bu il bəzi ixtisaslar - “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılacaqlar. Bəzi ixtisaslar üzrə isə ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaqlar.
X.Xanlarzadə onu da bildirib ki, bu il imtahanın birinci mərhələsində cavabları səhv verilən sualların sayı düzgün cavablarının sayına təsir etməyib. Lakin ikinci mərhələdə yalnız qapalı tipli test tapşırıqlarının səhv cavablarının sayı düzgün cavabların sayına təsir göstərəcək. Açıq tipli tapşırıqların səhv verilmiş cavabları isə düzgün cavabların sayına təsir göstərməyəcək.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 10:59 Növbəti buraxılış imtahanları başlayıb
- 19-06-2020 18:00 Yalnız onlayn imtahanların keçirilməsinə icazə verilir
- 19-06-2020 16:19 3 nəfər yüksək hərarətə görə, 2 nəfər telefon keçirdiyinə görə imtahana buraxılmadı
- 19-06-2020 11:34 Bu gün keçirilən imtahanların nəticələrinin məlum olacağı tarix açıqlandı
- 19-06-2020 11:05 Dünya Bankından təhsillə bağlı qorxuducu açıqlama
- 19-06-2020 10:43 Təhsil Nazirliyi: Müsabiqənin bu ilki nəticələri ən yüksək göstəricidir
- 19-06-2020 09:00 Bu gün növbəti buraxılış imtahanları keçirilir
- 18-06-2020 17:46 Müəllimlərin yerdəyişməsinin nəticələri açıqlandı
- 18-06-2020 16:33 Magistraturaya qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimin vaxtı uzadıldı
- 18-06-2020 15:42 Qızdırması olan 4 şagird imtahana buraxılmadı, 3-ü zala telefon keçirdi
- 17-06-2020 17:20 İyunun 24-25-də keçiriləcək qəbul imtahanlarının qrafiki elan olunub
- 17-06-2020 15:27 Buraxılış imtahanlarının keçiriləcəyi məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılıb
- 17-06-2020 14:00 Vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq
- 17-06-2020 11:04 Ali məktəblərə müsabiqə şərtləri məlum oldu
- 17-06-2020 09:13 Direktorların işə qəbulu müsabiqəsi avqustun əvvəlində keçirilə bilər
- 16-06-2020 15:43 Yalnız ibtidai sinif müəllimlərinin ikinci iş yerində işləməsinə icazə verilmir
- 16-06-2020 11:20 Beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb
- 16-06-2020 11:02 Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir
- 16-06-2020 10:45 Vətəndaşların qəbulu iyulun 1-dək dayandırılıb
- 16-06-2020 10:12 İyunun 18-19-da buraxılış imtahanları keçiriləcək
- 15-06-2020 13:21 Sabahdan "Dərs vaxtı"nın abituriyentlər üçün yayımına start verilir
- 15-06-2020 11:12 Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz
- 15-06-2020 09:45 Məktəblərdəki vakansiyaların gizlədilməsi halları var idi
- 13-06-2020 13:35 Müəllimlərin yerdəyişməsi müsabiqəsinin nəticələrinin məlum olacağı vaxt açıqlanıb
- 13-06-2020 10:30 Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik edildi