Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:28
5679
Normadan artıq şəkər istehlakı insan orqanizmi üçün təhlükəlidir

FaktXəbər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir" adlı məqaləsini təqdim edir:

Əksər insanlar yemək və qəlyanaltıda tez hazırlanan qidalara üstünlük verirlər. Bu məhsulların tərkibində əlavə şəkər olduğundan gündəlik kalori qəbulunun böyük hissəsini təşkil edir. Mütəxəssislər gündəlik şəkərdən alınan kalori həcminin 10%-dən az olmasını tövsiyə edirlər. Çünki normadan artıq şəkər istehlakı artıq çəki və diabet kimi bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olur.

Şəkərli qidaların tərkibində şəkərin sadə növü olan fruktoza var. Fruktozanın istehlakı qlükozaya nisbətən aclıq və yeməyə olan tələbatı artırır. Bundan əlavə, həddindən artıq fruktoza istehlakı, aclığı tənzimləyən və qida qəbulunun dayandırılmasına dair orqanizmə doyma siqnalları göndərən leptin hormonuna müqavimət göstərə bilər. Bu isə çəki artımına səbəb olur.

Həddindən artıq şəkər istehlakı ürək xəstəliklərinin risk faktorları olan piylənmə, yüksək qan təzyiqi və iltihab kimi xəstəliklərə səbəb olur. Yüksək şəkərli qidalar ürək xəstəliyindən ölüm riskini artırır. 30.000-dən çox insanın üzərində aparılan tədqiqatda məlum olub ki, əlavə şəkərdən yalnız 8% kalori istehlak edənlərlə müqayisədə, 17-21% kalori istehlak edənlərdə ürək xəstəliyindən ölüm riski 38%-dən çoxdur.

Araşdırmalara görə, son 30 ildə dünyada diabet xəstəlikləri 2 dəfədən çox artıb. Bunun müxtəlif səbəbləri olsa da, diabet riski normadan artıq şəkər qəbul etməklə birbaşa əlaqəlidir. Bundan başqa, uzun müddət şəkər qəbul etdikdə qanda şəkərin miqdarını tənzimləyən, mədəaltı vəzin ifraz etdiyi hormon insulinə müqavimət yaradır. İnsulinə müqavimət qanda şəkərin səviyyəsini artırır və bu da diabet riskini gücləndirir.

175-dən çox ölkəni əhatə edən araşdırma nəticəsində məlum olub ki, diabetə yoluxma riski hər qəbul edilən 150 kalori şəkərə və ya bir şüşə qazlı içkiyə görə 1,1% artır.

Araşdırmalarda əlavə şəkər istehlakının, qida borusu, ağciyər və nazik bağırsağın xərçəngi riski ilə əlaqəsi olduğu təsdiqlənib. Digər bir araşdırma göstərir ki, həftədə üç dəfədən çox şirin çörək və çərəz istehlak edən qadınlarda endometrial xərçəngin inkişafı bu qidaları həftədə 0,5 dəfə istehlak edən qadınlara nisbətən 1,42 dəfə çoxdur.

Fruktoza şəklində əlavə şəkərin artıq miqdarda qəbulu qaraciyəri də yükləyir. Bu isə Yu-çenq xəstəliyinə gətirib çıxarır ki, bu xəstəlik də qaraciyərdə həddindən artıq yağ toplanaması ilə xarakterizə olunur.

Rafinə olunmuş karbohidratlarla zəngin qidalar qan şəkərini və insulin səviyyəsini sürətlə artırır, bu da dəridə sızanaqların inkişafında əsas rol oynayan androgen ifrazının, yağ hasilatının və iltihabın artmasına səbəb olur. 2300 yeniyetmə arasında aparılan araşdırmalar göstərir ki, normadan artıq şəkər qəbul edən şəxslərdə sızanaqların inkişaf riski 30%-dən çoxdur. Bu həmçinin dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxaran maddənin (AGE) yaranmasına da səbəb olur.

Alimlər hesab edirlər ki, qanda şəkərin miqdarının dəyişməsi, neyrotransmitterlərin tənzimlənməsinin pozğunluğu psixoloji problemlərə də səbəb ola bilər. 22 il ərzində 8000 insan arasında aparılan araşdırmalara görə, gün ərzində 67 q və daha çox şirniyyat qəbul edənlərdə depressiya ehtimalı gün ərzində 40 q və daha az şirniyyat istehlak edənlərdən 23% daha çoxdur.

Şəkəri çox olan məhsullar qanda şəkərin səviyyəsini və insulinin miqdarını tez bir zamanda artırır, bu isə qısamüddətli enerji artımına səbəb olur. Nəticədə isə qanda şəkərin miqdarı kəskin azalır. Odur ki, karbohidratların zülallar və yağlarla birlikdə qəbulu tövsiyə olunur. Məsələn, bir ovuc badamla alma qəbul etsək, bu davamlı enerji səviyyəsinin saxlanılması üçün yaxşı üsuldur.

Məqalədə : şəkər orqanizm 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
132

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
529

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
77

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
44

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 04:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru