Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:03
717
Gömrük Komitəsi bəzi media qurumlarına müraciət edib

Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bəzi media qurumlarda yalnış şərh olunan məlumatlara münasibət bildirib.

FaktXəbər-in məlumatına görə, DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması, buna görə gömrük əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilərək cəzalandırılması ilə bağlı məlumatı bir sıra media qurumları tərəfindən yanlış şərh olunub və həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Belə ki, bir sıra kütləvi informasiya vasitələri hər hansı fakta söykənmədən tutduğu vəzifədən azad edilən “Qırmızı Körpü” gömrük postu rəisinin Rəşad Babayev olduğuna dair iddiaların yer aldığı məlumatlar yayımlayıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Rəşad Babayev, ümumiyyətlə “Qırmızı Körpü” gömrük postunun rəisi vəzifəsində çalışmayıb, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəis müavini işləyib, bir müddət sonra isə rotasiya qaydalarına uyğun olaraq Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub və hazırda da həmin vəzifəni icra edir.

Dövlət Gömrük Komitəsi media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı informasiyaları yayımlayan, şərh edərkən rəsmi məlumatlara əsaslanmağı tövsiyə edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
391

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
387

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
444

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1248

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1444

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1212

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1244

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
520
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 06:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru