Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
13:36
1851
`Vaşinqton Post`: İranla müharibə bataqlıqların anası olacaq - ANALİZ

Ötən həftə ABŞ administrasiyası İrana 120 min əsgərin göndərilməsi barədə müzakirələr aparıldığını sızdırdı və həmçinin bildirildi ki, kəşfiyyat ABŞ gəmilərinə hücum etmək üçün İranın kiçik qayıqlara raketlər yerləşdirdiyini müəyyənləşdirib. Bu, bir çox insana İraq geriçəkilməsini xatırladır. Prezident Tramp əsgər söhbətini təkzib etməklə müvəqqəti olaraq gərginliyi azaltsa da, bazar günü paylaşdığı tvitlə yenidən gərginliyi yüksəltdi: "İran döyüşmək istəyirsə, bu İranın rəsmən sonu olacaq. ABŞ-ı heç vaxt təhdid etməyin!"

Trampun tərəfdarları da danışdılar. Senator Marko Rubio, "Hücum = həlledici cavab" və senator Tom Kotton isə, "İranın ABŞ-ya və ya bölgədəki müttəfiqlərimizə qarşı hərbi zərbə endirəcəyi təqdirdə, əlbəttə ki, İrana qarşı dəhşətli cavab gözləyərdim", - deyə bildirib. Milli təhlükəsizlik məsləhətçisi Con Bolton ictimaiyyətə açıqlama vermədi - öz fikirlərini gizli saxlamağa üstünlük verdi, amma 2015-ci ildə "New York Times"da dərc olunan yazısını gizlədə bilmədi: "İran bombalarını dayandırın, İranı bombalayın."

Bu sərt adam həqiqətdən uzaqdır. Ötən həftəmi İran məsələsini öyrənmək üçün keçirdim. Amma həlledici və ya ucuz başa gələcək hər hansı bir hərbi variant görmədim. Əksinə, mənim gördüyüm bataqlıqların anasıdır: İraq müharibəsinə aparan qarşıdurma - indi dərin təəssüf hissi keçirirəm - bununla müqayisədə asan bir gəzintiyə bənzəyir.

Əlbəttə ki, ABŞ İranı bombalaya bilər, amma bu, 2003-cü ildə İraqı bombalamaq kimi aşağı risk olmayacaq. İran ABŞ təyyarələrinə qarşı Rusiya istehsal olan S-300 tipli çox müasir havadan müdafiə sistemlərinə malikdir. ABŞ Hərbi Hava və Hərbi Dəniz qüvvələri ola bilsin qələbə qazansınlar, amma bu asan olmayacaq, təyyarələrin və pilotların böyük itkisinə səbəb olacaq.

Nəhayət İranın Hava Hücumundan Müdafiə sistemlərini sıradan çıxardıqdan sonra ABŞ İran hərbçilərinə və ölkənin iqtisadi infrastrukturunu atəşə tuta bilər. Amma nə üçün? 2012-ci ildə keçmiş diplomatlar və generallardan ibarət qrup açıqladı ki, ABŞ-ın hava zərbələri İranın nüvə proqramını 4 il geriyə ata bilər. Nüvə müqaviləsi daha yaxşıdır: o, İranın nüvə proqramını 15 il müddətinə məhdudlaşdırır və hazır məhsulunun 97 faizinin sıradan çıxmasına səbəb olacaq. əgər ABŞ-ın məqsədi İranın nüvə proqramını dayandırmaqdırsa, bunu yolu yenə nüvə müqaviləsindən keçir, İranın bombalanmasından deyil.

Ancaq Tramp rəhbərliyi daha iddialı bir gündəmə gətirdi. Dövlət katibi Mayk Pompeo tələb edir ki, İran raket istehsalını dayandırsın, ABŞ-ın müttəfiqlərini təhdid etməsin və regiondakı bütün qrupları dəstəkləməkdən imtina etsin. Başa düşmək çətindir ki, bombalamaqla İranı necə itaət etdirmək olar? ABŞ illərlə Şimali Vyetnamı, Kambocanı və Laosu bombaladı, İkinci Dünya müharibəsində bütün ölkələrin atdığından 3 dəfə artıq bomba yağdırdı, amma buna baxmayaraq Vyetnamda müharibəni uduzdu. Hava hücumları yalnız torpaq hücumları ilə birlikdə olduqda əhəmiyyətli nəticə verir.

Təəssüf ki, Birləşmiş Ştatların İraqdan həm əhali, həm də ərazi cəhətdən böyük olan İranda müharibə üçün real variantı yoxdur. İranın əhalisi 83 milyon, ərazisi isə 617 min kvadrat mildir. İraqın əhalisi isə 30 milyon, ərazisi isə 170 min kvadrat mildir. İraqda hər 1000 nəfər əhaliyə 20 hərbçi düşür və müharibədə ABŞ və müttəfiqlərinə 600 min hərbçi lazım idi. Amma onların sayı heç zaman 180 min nəfərdən artıq olmayıb. Bu hesablama ilə götürsək, İranı nəzarət altına almaq üçün 1.6 milyon əsgərə ehtiyac var. Bu isə ABŞ Ordusu və Dəniz Piyadalarının aktiv hərbçilərinin sayından (656 403 nəfər) 2 dəfə çoxdur. Və müttəfiqlərinin də çox az əsgərlə yardım edəcəyi ehtimal olunur. Çox ehtimal ki, İran hökumətini daha az qoşunla devirmək olar. Amma siz Bolton İraqda seçkidən sonra etdiyi kimi dərhal oranı tərk etsəniz, nəticədə Liviyadakı kimi xaos yarana və ya yeni anti-Amerika qüvvələri ortaya çıxa bilər.

Əgər siz bir ABŞ hərbçisinin çəkməsinin İran torpağına dəymədən sadəcə hava bombardmanı ilə müharibə aparsanız, müharibə anti-septik və ABŞ üçün təkanverici olmayacaq. Strateji və Büdcə Qiymətləndirmə Mərkəzinin 2011-ci ildəki hesabatında İranın "asimmetrik" taktika ilə necə geri dönə biləcəyi açıqlanıb.

İran Fars körfəzinin qapalı mühitində ABŞ donanma gəmilərinə qarşı qanadlı kruiz raketlərindən, sualtı qayıqlardan, kiçik qayıqlardan, minalardan və pilotsuz aparatlardan ibarət kombinasiyadan istifadə edə bilər. O, arsenalındakı təxminən 2000 raketlə ABŞ-ın bölgədəki bazalarına zərbələr endirə bilər. Bundan əlavə, kiber hücumlarla ABŞ-ın kompüter şəbəkəsinə hücumlar təşkil olunacaq. Hizbullah və digər qruplardan xaricdə hücum üçün istifadə edilə bilər. İraq, Suriya və Əfqanıstandakı 19 min ABŞ əsgərinə qarşı yerli könüllülərdən və bombalı maşınlardan istifadə edə bilər. Yəməndəki Husilərə Səudiyyə Ərəbistanına qarşı raket atışının sərbəst olduğunu deyə və ya Hizbullaha İsrailə 150 min raket atması tapşırığını verə bilər.

Bunlara cavab olaraq ABŞ nə edərdi? Bir neçə ballistik raket, bir neçə bomba atarmı? Trampın belə, İranı məhv etmək üçün nüvə silahına əl atacağını düşünmək çətindir.

Ordu generalı David Petraus 2003-cü il İraq müharibəsi zamanı belə sual etmişdi: "Deyin, bu, nə ilə yekunlaşacaq?" Corc Buş administrasiyası heç bir cavab vermədi. Eyni formada bu gün Tramp administrasiyasında və xaricində olan İran şahinləri, o ölkəyə qarşı müharibənin necə bitəcəyini bilmirlər. Ən yaxşısı, belə vəziyyətdə başlayaraq riskə getməməkdir.

Maks But / washingtonpost.com

Tərcümə: FaktXəbər

Məqalədə : İran ABŞ müharibə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2568

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2386

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1798

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1503

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
461

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
271

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 08:42



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru