Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-116-cı km-lik hissəsində təmir-tikinti işlərinə start verilib.
Agentlikdən FaktXəbər-ə verilən məlumata görə, tikinti işləri avtomagistralın Ələt-Hacıqabul hissəsində aparılır. İlkin mərhələdə işlərə Hacıqabul rayonu ərazisindən, yəni 116-cı km-dən başlayaraq Ələt qəsəbəsi istiqamətində start verilib. Bu üzdən sözügedən hissə ilə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılarıb. Müvəqqəti olaraq Bakı şəhəri istiqamətində hərəkət edən sürücülər üçün əks istiqamət üzrə ikitərəfli hərəkət təmin olunub.
Təmir-bərpa işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yol yatağının deformasiyaya uğramış yararsız hissələri qazılaraq çıxarılır, yararlı qrunt ilə əks dolğu işləri aparılaraq yenidən kipləşdirmə işləri görülür. Bunun ardınca qazılmış hissələrdə yol əsası işlənərək hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.
Bu işlərə paralel olaraq yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlərin sökülməsi əvəzinə monolit dəmir-beton mühafizə sədlərin quraşdırılması işləri də görülür. Layihənin növbəti mərhələsi olaraq yola iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib.
Birinci mərhələ üzrə, yəni Hacıqabul-Ələt hissəsində işlər tam başa çatdıqdan sonra, ikinci mərhələ üzrə işlərə başlanılacaq. Bu mərhələdə isə təmir-tikinti işlərinin əks istiqamət üzrə, yəni Ələt qəsəbəsi ərazisindən başlayaraq Hacıqabul rayonunadək olan hissəsində (69-116-cı km) aparılması planlaşdırılır. Hazırda təmir-tikinti işlərinin aparıldığı əraziyə işlərin vaxtında yekunlaşdırılması üçün lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun kompleks şəkildə görülən bu işlər bütün hərəkət iştirakçılarının rahat və təhlükəsiz hərəkəti üçün hesablanıb.

Cəlilabadda xüsusi əməliyyat - Quldurluq edən şəxs saxlanıldı - FOTO
14
Dekabr
Seyid Həsən Nəsrullah: ABŞ Livandakı etirazlardan sui-istifadə etmək istəyir
14
Dekabr
Türkiyə hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin təlim məşqlərini izləyib - FOTO
14
Dekabr
Növbədənkənar parlament seçkilərində 71 nəfərin namizədliyi təsdiq olunub
14
Dekabr
Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 9-a çatıb
14
Dekabr
Dağlıq Qarabağın azərbaycanlı icması Avropa Parlamentinin 751 deputatına məktub göndərib
14
Dekabr
Nadir Nəbiyev: "Bu gün komandasını satan sabah torpağını, millətini də satar"
14
Dekabr- 14-12-2019 14:32 Xırdalanın “xırda” dərdi: Bu yol bitməyəcək...
- 14-12-2019 14:12 "Kişi şikayət etməz" deyənlərin diqqətinə - VİDEO
- 13-12-2019 11:53 Azərbaycanın dəmir yollarında pilotsuz taksi xidməti istifadəyə veriləcək
- 12-12-2019 20:59 Yol polisindən piyadaların vurulmasının qarşısını alacaq yenilik
- 12-12-2019 16:43 "Qarabağ"ın oyununa görə "Bakı Metropoliteni" bu gün yarım saat artıq işləyəcək
- 12-12-2019 15:01 Bakı Dairəvi-1 yolunda hərəkət qismən məhdudlaşdırılacaq
- 12-12-2019 11:59 Məşhəd – Bakı istiqamətində birbaşa uçuşlar
- 12-12-2019 11:08 Bakıda sürücülər cəriməyə görə bu yola əl atır - VİDEO
- 11-12-2019 14:29 BNA: Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
- 11-12-2019 11:18 Sabah bu yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
- 10-12-2019 13:19 Qanun pozuntusuna "iraq olsun", - deyib keçməyin - VİDEO
- 10-12-2019 12:07 DYP rəisi: "Yanğın baş verən ərazidə hər iki istiqamətdə yol açıqdır"
- 10-12-2019 11:58 Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib
- 10-12-2019 11:52 Görün insanların həyatı kimlərdən asılıdır - VİDEO
- 10-12-2019 10:18 "EuroHome”da yanğınla əlaqədar avtobusların intervalında gecikmələr yaranıb
- 09-12-2019 11:52 DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
- 07-12-2019 17:34 Bakıda bu metrostansiya uça bilər! - BAĞLANACAQ
- 07-12-2019 15:24 Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza - FOTO
- 07-12-2019 10:37 Tez - tez zolaq dəyişməklə qabağa düşürükmü? - VİDEO
- 06-12-2019 17:17 Sərnişin qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək
- 06-12-2019 15:43 Sürücülərə saxta parklanma vərəqəsi verilir
- 05-12-2019 17:44 Xəzər rayonuna 11,8 milyon manat ayrılıb
- 05-12-2019 16:20 "Audi"ni test edən qız dəhşətli qəza törətdi - FOTO-VİDEO
- 05-12-2019 12:02 Bakıda 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb
- 05-12-2019 10:50 Bu avtobusların hərəkət sxemi dəyişdirildi