Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
10:47
529
Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü, üzərində "Coveram 10 mg" yazısı olan 11 ədəd, üzərində "Coversyl Plus 5 mg/1.25 mg" yazısı olan 9 ədəd, üzərində "Coversyl 5 mg" yazısı olan 6 ədəd, üzərində "Benzamycin" yazısı olan 15 ədəd, üzərində "Atarax 200 mg" yazısı olan 2 ədəd, üzərində "Prozac 20 mg/5 mg" yazısı olan 3 ədəd, üzərində "Mestinon Dragees" yazısı olan 2 ədəd, üzərində "Üropan 5 mg/5 ml" yazısı olan 1 ədəd, üzərində "Magnezi Kalsine 100 g" yazısı olan 1 ədəd, üzərində "Ferro Sanol B 150 ml" yazısı olan 1 ədəd dərman preparatları və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən isə 4 ədəd "Samsung Galaxy A20", 1 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Mİ A2 Lite", 2 ədəd "Mİ9 SE" markalı mobil telefonlar aşkar edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
180

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1052

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
246

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
395
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 03:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru