Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
10:40
674
`Diqlas`ı sökməyə başladılar - FOTO

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin söküntüsünə başlanılıb. Ticarət mərkəzinin qarşısında olan piyada keçidinin girişləri bağlanılıb. “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb.Yanğından sonra ticarət mərkəzi polis tərəfindən qoruyucu sədlərlə əhatələnmişdi. Hazırda isə həmin sədlər ticarət mərkəzinin yalnız önündədir. Digər ətraflara isə dəmirdən qoruyucu hasar çəkilib. Yanan ticarət mərkəzinin arxa hissəsinə tikinti texnikaları gətirilib. Orada hələ ki xırda söküntü işləri aparılır. Eyni zamanda ərazidən yanan konstruksiyanın qalıqları da çıxarılır. Binanın əsas hissəsinin söküntüsünə isə bu həftə ərzində başlanılacağını öyrəndik.

Ticarət mərkəzinin qarşısında olan zaman müşahidə etdik ki, ərazidə Fövqəladə Hallar Nazirliyinin 1 ədəd yanğınsöndürən maşını var. Nazirliyin əməkdaşları da ərazidə müvafiq xidmətlərini aparırdılar. Eyni zamanda ticarət mərkəzinin qarşısında polislər də xidmət aparıb, ətrafa nəzarət edirlər.

Ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Demək olar ki, bu piştaxtalardan heç biri  sağ qalmayıb. Yanğından sonra isə onların sahiblərinin bir qismi yenidən piştaxta quraraq, hasarlanmış hissədən kənarda fəaliyyətlərini davam etdirirlər. Ərazidə olduğumuz zaman yanğından zərər çəkən sahibkarlara rast gəlmədik. Xidmət aparan polislər də bildirdilər ki, sahibkarlar qalan mallarını ticarət mərkəzinin anbarından çıxardıqdan sonra bura gəlmirlər. Polisin sözlərinə görə sahibkarlara müvafiq qaydalara uyğun olaraq kompensasiya ödənilib.  Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği  mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara - 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara - 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə,  binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə,  aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər...

Onu da qeyd edək ki, “Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, bina bərpa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1713

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1016

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2159

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2830

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
130

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
830

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4196

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
106
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 07:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru