Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
10:25
420
Həsən Ruhani: İranda yeni mexanizmin qurulmasına ehtiyac var

İran İslam Respublikasının prezidenti Həsən Ruhani müzakirə və diplomatiya tərəfdarı olduğunu, ancaq bugünkü şərtlərin müzakirə deyil, dirəniş və mücadilə şərtləri olduğunu söyləyib.

FaktXəbər-in məlumatına görə, İranın paytaxtı Tehranda din xadimləri ilə görüşən Ruhani, Ağ Evdə oturanların keçən 40 ildə davamlı olaraq İrana qarşı fəaliyyət göstərdiyini, təzyiq və silahllı mübarizə planları hazırladıqlarını və bu gün bütün bunların bir yerə cəmləşdirildiyini deyib:

"Düşmən davamlı olaraq gərginliyi İranın başlatmasını istəyirdi, ancaq bunu etmədik. Daxildə də bəziləri nüvə müqaviləsindən çıxmamızı istəyirdi, ancaq bu yöndə müqavimət göstərmək çox çətin idi. Əgər ABŞ-ın təhrikləri ilə nüvə müqaviləsindən çıxsaydıq, bu gün hökumətin xalqa tərəf atdığı addımları müdafiə etmək çox çətin və qarışıq vəziyyət yaradardı. Belə bir vəziyyətdə isə ABŞ-dan başqa beynəlxalq ictimaiyyət və BMR də ölkəmizə qarşı embarqo tətbiq edərdi."

ABŞ embarqolarına qarşı xalqı və ölkəni idarə edənlər arasında fikir ayrılığı olmadığını söyləyən Ruhani, bu günkü şərtlərin müzakirələrə cavab vermədiyini deyib: "Keçən il BMT-də 5 böyük ölkə liderinin ABŞ prezidenti Donald Trampla görüşməsi üçün vasitəçilik etdim. ABŞ Xarici İşlər Nazirliyi 8 dəfə müzakirə tələbi edib. Amma bugünkü şərtlər müzakirəyə yer qoymayıb, ortada dirəniş və mübarizə şərtləri var. İran-İraq müharibəsi vaxtı ölkəni daha yaxşı idarə edə bilmək üçün qərar mexanizmi qurulmuşdu və bütün səlahiyyətlər bu mexanizmin əlində idi. Məclis və məhkəmə hakimiyyəti də buradan verilən qərara müdaxilə etmirdi. İqtisadi müharibədə olduğumuz üçün belə bir səlahiyyətə ehtiyac var."

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 2015-ci ildə imzalanan nüvə müqaviləsindən 8 may 2018-ci ildə birtərəfli qaydada çıxmaq barədə qərar verib. Daha sonra isə İranın neft ixracatlarını hədəfləyən embarqoları həyata keçirən ABŞ, cari ilin aprel ayında da İran İnqilab Keşikçiləri Ordusunu "terror siyahısı"na daxil edib.

Ruhani isə 8 may tarixində ölkəsinin nüvə fəaliyyətlərinin bir qisminin yenidən fəaliyyətə başladığını və müqavilənin tərələrinə İranın maraqlarını qoruyacaq tədbirlərin görülməsi üçün 60 gün vaxt verdiyini açıqlamışdı.

Məqalədə : Ruhani İran nüvə müqaviləsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
513

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
372

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
393

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
432

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
463

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
438

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1034

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
833
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 00:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru