Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
09:55
Fələstindən Ərəb ölkələrinə çağırış: ABŞ-ın planına qatılmayın!

Fələstinin Həmas təşkilatı ərəb ölkələrinə Bəhreynin paytaxtı Manamada gələn ay keçiriləcək iqtisadiyyat forumuna qatılmamaları barədə çağırış edib.

FaktXəbər-in məlumatına görə, Həmas hərəkatının yazılı açıqlamasında, "ərəb ölkələrindən Bəhreyndəki foruma qatılmamalarını və ABŞ planının uğursuzluğa düçar olması üçün bütün imkanları ilə Fələstin xalqının yanında yer almalarını və dəstək vermələrini istəyirik", - deyə bildirilir.

Manamada keçiriləcək forumun Fələstin mübarizəsinin məhvini hədəfləyən "Əsrin müqaviləsi" planı çərçivəsində Amerikanın ilk fəaliyyəti olduğu bildirilən açıqlamada, bu iqtisadi seminarın təşkili barədə ABŞ mətbuatında narahatlıq yarandığı vurğulanıb.

Ərəb ölkələrinin "Əsrin müqaviləsi"nin qəbul edilməsi və həyata keçirilməsi planlarına daxil olmaması xəbərdarlığı edilən açıqlamada, bu istiqamətdə atılan hər hansı bir addımın kirli hədəfləri olduğu deyilir.

Açıqlamada, "Bəhreyn və onun nəcib insanları torpaqlarının çirklənməsinə, fələstinlilərin qatili olan sionist düşmənlərə etiraz edəcəyinə ümid edirik", -deyə vurğulanır: "Hamas siyasi, iqtisadi və ya digər şəkildə "Əsrin müqaviləsi"nin tətbiqini və ya hazırlanmasına dair bütün addımları rədd edir."

Xatırladaq ki, Ağ Ev mətbuatının dünənki açıqlamasında bildirilir ki, Bəhreynin ABŞ-la əməkdaşlığı nəticəsində 25-26 iyun tarixləri arasında Manamada "Sülh naminə sülh" adlı iqtisadi forum keçiriləcək.

Bu arada İsrailin Kanal 12 televiziyası Həmas və İsrail arasında atəşkəs əldə edildiyi barədə xəbər yayıb. Həmasın sözçüsü Fevzi Bərhum isə sosial media hesabından atəşkəs iddiasını rədd edib.

Məqalədə : Fələstin 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
277

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
227

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
259

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
238

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
256

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-01-2020 18:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru