Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
09:42
Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

Tacikistanın Vəhdət şəhərində həbsxanada mayın 19-da baş verən qiyam zamanı 5 nəfərin başı kəsilib. Onlardan 3-ü - Səid Kiyomiddin Qozi, Səttor Kərimov (Mahsumi Sattor) və Səidmahdixon Səttarov (Şeyx Teymur) hökumətə müxalif din xadimləri olub.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Axbor» öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, insanlar qiyamın təşkilatçıları tərəfindən məhbusları qorxutmaq üçün qətlə yetirilib.

Son məlumatlara görə qiyamın təşkilatçısı OMON-un keçmiş polkovnikinin oğlu və  İŞİD-in «müharibə naziri»  Gülmurod Xalimovun oğlu Bəhruz Gülmuroddur. Ona bu işdə Faxriddin Qulov, Mahmadullo Şaripov və Ruhullo Həsənov kömək edib.

Xatırladaq ki, mayın 19-da  bıçaqla silahlanmış 3 məhbus  cəzaçəkmə müəssisəsinin  3 əməkdaşına hücum edərək, onları öldürüb. Bundan sonra qiyamçılar cərimə təcridxanasında olan 8 İŞİD üzvünü azad ediblər. Sonra həbsxananın  tibbi bölməsini yandıraraq, bir neçə məhbusu girov götürürlər və qaçmaq üçün müəssisənin əməkdaşlarına hücum edirlər.

Rəsmi məlumatlara görə, qiyamı yatırmaq üçün keçirilən əməliyyatda 29 məhbus öldürülüb və 35-i saxlanılıb. Lakin qeyri-rəsmi məlumatlarda ölənlərin sayı 50 göstərilir, da 30 nəfərin  yaralandığı bildirilir.

Baş verənlərlə bağlı Tacikistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb və istintaqa başlanılıb.

Qeyd edək ki, bu, Tacitkistan həbsxanalarında son 7 ayda ikinci qiyamdır. 2018-ci ilin noyabrın 8-də  Xoca koloniyasında qiyam zamanı rəsmi məlumatlara görə 23 nəfər həlak olmuşdu. Qeyri rəsmi məlumatlarda qurbanların sayı 50 nəfər göstərilirdi və bildirilirdi ki, daha 180 nəfər yaralanıb.

Hüquqmüdafiəçilər baş verənləri kütləvi qətliam adlandırmışdılar. Bunula əlaqədar bir sıra yüksək rütbəli məmur işdən azad edilmişdi.

Məqalədə : həbsxana qiyam 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
223

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
311

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
301
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 07:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru