Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
15:49
1001
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək

Mayın 19-u gündüzdən 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. 

Bu barədə FaktXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Əvvəlcədən xəbər verildiyi kimi mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, rayonlarda bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağıb, dolu düşüb, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsib. Yağan leysan xarakterli intensiv yağışla əlaqədar Kişçaydan daşqın keçib.

Ən çox düşən yağıntının miqdarı: Oğuzda 44 mm (aylıq normanın 41 faizi), Kişçayda (Şəki) 40 mm (39 faiz), Zaqatalada 33 mm (26 faiz), Xınalıqda 25 mm, İsmayıllıda 22 mm, Göyçayda 21 mm (34 faiz), Qəbələdə 19 mm, Sarıbaşda (Qax) 18 mm, Xaltanda 15 mm, Qırızda 13 mm, Naftalanda 12 mm qeydə alınıb. Digər rayonlarda 1.0-8.0 mm olub.

Külək: Cənub-qərb küləyi Gəncədə 34, İsmayıllıda 32, Daşkəsəndə 30, Ağsuda 27, Şamaxıda 26, Balakəndə 24, Zaqatalada 22, Göygöl, Yevlax, Yeniabad kəndində (Şəmkir) 20, Şəkidə 18, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda 15-20 m/s-dək güclənib.

Dolu: Şəkinin Əyriçay məntəqəsində diametri 34 mm, Dəhnə kəndi Acınohur və Sarıbaş kəndində saat 00:00 radələrində diametri 16 mm, saat 22:00-22:45 radələrində Kiçik Dəhnə kəndində diametri 18-20 mm, Tərtər rayonunda saat 22:15-22:18 radələrində diametri 10 mm olan, Zaqatalada rayonu ərazisinə isə saat 22:22 radələrində dolu düşüb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 22-dək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.

Məqalədə : hava 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1711

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1014

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2158

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2823

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
128

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
829

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4187

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 05:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru