Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
14:35
2107
Deputat DYP ilə sürücünü qarşı-qarşıya qoyan qadağadan danışdı

“Vaxtilə keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi avtomobillərin yan şüşələrinə pərdələrin vurulması ilə bağlı qərar qəbul etdi. Sonra o qərarı "yay mövsümündə pərdə olsun, amma qış mövsümündə olmasın" şəklində dəyişdilər. Bunu da təhlükəsizliklə əsaslandırdılar. Amma Avropada avtomobildə pərdədən həm yayda, həm qışda istifadə edirlərsə, onda belə çıxır ki, Avropada olan insanlar təhlükəsizliyə kifayət qədər diqqət yetirmirlər”.

FaktXəbər-in ONA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, Azərbaycan isti ölkədir və may ayından başlayaraq avtomobildə pərdədən istifadə etmək olar qərarı başa düşülən deyil: “Bunun heç bir məntiqi əsası da yoxdur. Avropa İqtisadi Komissiyasının 43 saylı qərarına görə, iki yan güzgü olduqda, arxa şüşələrin pərdə ilə örtülməsi sürücünün öhdəsinə buraxılmalıdır. Amma ölkədəki bu qərar əslində insanları inzibati qaydada cəzalandırmağa yönəldilmiş bir addımdır və o pərdələrin də deyilən vaxtda qaldırılmamasına görə 100-150 manat cərimə nəzərdə tutulur. Azərbaycan sürücülərinin, hətta sürücü olmayan, maşında gedən azyaşlı uşaqların, qadınların mənasız yerdə əziyyət çəkməsinə və sürücülərin də Dövlət Yol Polisi (DYP) ilə qarşı-qarşıya gəlməsinə şərait yaradan bu amil aradan götürülməlidir”.

Ç.Qənizadə bunun turizmin inkişafına da problem yaratdığını deyib: “Turist Azərbaycanın hər hansı bir regionuna səfər etmək istəyir, aprelin 30-da sürücü onu xəbərdar edir ki, təhlükəsizlik üçün pərdəni qaldırmaq olmaz, amma sabah qaldıra bilər. Bu da turistdə çaşqınlıq yardır”.

Deputat deyib ki, hələlik bu istiqamətdə iş aparır, KİV-də və parlamentdə fikir bildirib, yada salır: “Bu qərar mənasız bir şeydir və dərhal aradan götürülməlidir”.

Məqalədə : Çingiz Qənizadə pərdə DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

18

İyun
11:49
NƏQLİYYAT
25

Uelbek "Qalatasaray"dan 5 milyon istəyib

18

İyun
11:37
İDMAN
2031

Bakıda narkotacir saxlanılıb - FOTO

18

İyun
11:30
HÜQUQ,HADİSƏ
2232

Fermerlərin DİQQƏTİNƏ!

18

İyun
11:28
İQTİSADİYYAT
1375

Azərbaycan bu bank adını dəyişir

18

İyun
09:36
İQTİSADİYYAT
69
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 12:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru