Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
14:16
1254
Yaşlıların övladlarından maliyyə asılılığını azaltmaq üçün TƏKLİF

Azərbaycanda yaşlı valideynlərin uşaqlarından maliyyə asılılığını azaltmaq məqsədilə onlar üçün sosial müdafiə proqramlarının gücləndirilməsi təklif edilir. Bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.

Təklif ölkəmizdə doğum zamanı cins nisbətinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilib.

Aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda oğlan və qızların nisbəti 1990-cı illərin əvvəllərinədək bioloji normaya uyğun olsa da, bu nisbət 1991-ci ildə SSRİ dağıldıqdan sonra kəskin şəkildə pozulmağa başlayıb. Buna səbəb 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaranmış iqtisadi və digər çətinliklər nəticəsində insanların ailənin gələcək dəstəyini təmin etmək məqsədilə oğlan uşaqlarına üstünlük verməsi və bu prinsiplərə əsaslanan ailə modelinin geniş yayılması olub.

Milli Fəaliyyət Planının layihəsində qeyd edilir ki, yaşlı valideynlərin övladlarından maliyyə asılılığının azaldılması məqsədilə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması vacibdir. Azərbaycanda isə bu cür asılılıq dedikdə daha çox oğul övladından asılılıq nəzərdə tutulur.

Hesab edilir ki, göstərilən səylər daha çox ən yoxsul ailələrə yönəldilməlidir. Çünki maddi çətinlik ailələri iqtisadi dəstək üçün oğul övlada üstünlük verməyə vadar edə bilər.

Layihədə tövsiyə edilir ki, övladlarından maliyyə asılılığını azaltmaq məqsədilə yaşlı insanların münasib səhiyyə xidmətləri ilə təmini istiqamətində səylər göstərilməlidir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının bu il qəbul edilməsinin nəzərdə tutulduğunu söyləyib./Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Çin Amerikanı müharibə ilə hədələdi

16

Sentyabr
15:24
DÜNYA
69

İsmayıllıda ayı kişini bu günə qoydu - FOTO

16

Sentyabr
14:44
HÜQUQ,HADİSƏ
171

Türkiyənin vitse-prezidenti Azərbaycana gəlib

16

Sentyabr
14:19
SİYASƏT
116

Sabah 31 dərəcə isti olacaq

16

Sentyabr
14:05
ÖLKƏ
149

Azərbaycanda ölüm səviyyəsi azalıb

16

Sentyabr
12:05
ÖLKƏ
114
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 16:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru