Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
10:40
4305
Huawei həvəskarlarının nəzərinə: Android yenilənməyəcək, Google işləməyəcək

Amerikanın Google korporasiyası ABŞ hökumətinin qara siyahıya almasından sonra Çinin Huawei kompaniyası ilə biznes əməkdaşlığını dayandırır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə  Röyter xəbər verib.

Çin kompaniyasına bundan sonra Google texnologiyalarına və proqram təminatına giriş məhdudiyyəti qoyulacaq. Bu o deməkdir ki, Huawei qadjetləri Android  əməliyyat sisteminin güncəlləməsini ala bilməyəcəklər. Bundan başqa bu smartfon sahibləri Google–nin tətbiqlərindən, məsələn Google Play və Gmail-dən istifadə edə bilməyəcək.

Buna baxmayaraq, Çin şirkətinin qadjetlərinə “Android”ın İnternetdə sərbəst axtarışda olan versiyasını yükləmək mümkündür.

Google-nin rəhbəri onu da vurğulayıb ki, bu günə qədər Huawei sahibi olanlar narahat olmasın: Google Play və Google Play Protect onların smartfonunlda işləyəcək.

Huawei ətrafında qalmaqal ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin kompaniyası Çin hökumətindən sponsorluq almaqda ittiham etməsindən sonra başlayıb. Buna qədər isə Birləşmiş Ştatlar və Avstraliya Huawei-ni texniki casusluqda və öz təchizatlarının köməyi ilə  gizli məlumatları toplamaqda ittiham etmişdi.

Birləşmiş Ştatların Ticarət Departamenti mayın 15-də bildirib ki, Huawei Technologies Co Ltd-ni və onun 70 filialını qara siyahıya salıb. Yəni, telekommunikasiya nəhəngi Birləşmiş Ştatlar hökumətinin razılığı olmadan ABŞ şirkətlərindən hissələr və komponentlər ala bilməyəcək.

Qərarda deyilir ki, Huawei Amerika texnologiyası almaqdan ötrü ABŞ hökumətinin lisenziyasını əldə etməlidir. Ticarət naziri Wilbur Ross Prezident Donald Trump-ın qərarı dəstəklədiyini bildirib.

Trump administrasiyası cidd-cəhdlə digər ölkələri 5G şəbəkələrində Huawei avadanlığından istifadə etməməyə çağırır. Bu şirkətin Çin hökuməti üçün casusluğa cəlb oluna biləcəyi iddiası səsləndirilir, şirkətsə iddiaları rədd edir.

Məqalədə : Huawei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
247

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
125

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
146

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
174

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
214

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
159
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 23:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru