Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
12:20
1065
Paşinyanın müxalifləri də küçələrə çıxdılar - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları paytaxt İrəvanda küçələrə axışıblar. FaktXəbər "RİA Novosti"yə istinadən bildirir ki, "Adekvad" təşkilatının üzvləri Avropa Birliyinin İrəvandakı baş ofisinin qarşısına toplaşıblar.

"Son illərdə Ermənistanda baş verənlərin əksəriyyəti əsasən bu strukturun sponsorluğu ilə həyata keçirilir (AB nümayəndəliyi). Sponsorluq təkcə maliyyə deyil, həm də əxlaqi, siyasi, diplomatik və şəxsi heyətlə edilir. Ermənistanda konstitusiya qaydalarının devirilməsi prosesi AB gündəmindədir və bu, ən azından bir il əvvəl hakimiyyətin ələ keçirilməsi ilə başlayıb",-deyə təşkilatçı Artur Danielyan mitinqdən əvvəl deyib.

***

10:00 - Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ölkə boyu məhkəmə binalarını mühasirəyə alıblar. FaktXəbər bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, Ermənistanın Məhkəmə-Hüquq Şurası şənbə günü sabiq prezident Robert Köçəryanın həbsdən buraxılması barədə qərar qəbul edib.

Buna cavab olaraq Nikol Paşinyan bazar günü tərəfdarlarını ölkədəki bütün məhkəmə binalarını blokadaya almağa və oraya heç kimi buraxmamağa çağırıb.

Həm İrəvan, həm də digər regionlarda məhkəmə binalarının mühasirəyə alınması barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Ermənistanın ədliyyə nazirinin sabiq müavini Ruben Melikyan Facebook səhifəsində yazıb ki, İrəvanın Açapnyak rayon Məhkəməsinin pəncərələri sındırılıb.

Prezident Armen Sarkisyan bütün vətəndaşları qanunları qorumağa və sabitliyi pozmamağa çağırıb.





Məqalədə : Paşinyan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
507

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
367

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
388

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
427

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
458

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
433

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1029

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
828
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 23:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru