Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2019
13:06
374
İmtahandan sonra qəbul testlərinin DOĞRU CAVABLARINI buradan öyrənin

Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahanlar keçirilir.

DİM-dən FaktXeber.com-a verilən məlumata görə, hər il imtahanlardan sonra televiziya vasitəsilə abituriyentləri maraqlandıran suallar cavablandırılırdı. Lakin bu ildən etibarən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul yeni qaydalar əsasında keçirilir və buna uyğun olaraq imtahanın məzmunu da dəyişib. İmtahan materiallarının izahının təqdimetmə üsulu televiziya formatına tam uyğun olmadığı üçün sualların yazılı və şifahi izahatı artıq DİM-in sosial şəbəkə kanalları vasitəsilə veriləcək.

İmtahanlardan dərhal sonra DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş məlumat veriləcək.

Qapalı tipli test tapşırıqlarının doğru cavab etalonları veriliş boyu ekranda yerləşdiriləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “WhatsApp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “WhatsApp” nömrə canlı yayım zamanı elan olunacaq. Suallarınızı [email protected] elektron poçtuna da göndərə bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

Məqalədə : qəbul imtahanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıya 300 ədəd yeni avtobus gətiriləcək

18

İyun
11:49
NƏQLİYYAT
28

Uelbek "Qalatasaray"dan 5 milyon istəyib

18

İyun
11:37
İDMAN
2034

Bakıda narkotacir saxlanılıb - FOTO

18

İyun
11:30
HÜQUQ,HADİSƏ
2236

Fermerlərin DİQQƏTİNƏ!

18

İyun
11:28
İQTİSADİYYAT
1379

Azərbaycan bu bank adını dəyişir

18

İyun
09:36
İQTİSADİYYAT
70
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 12:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru