Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2019
11:02
477
Gürcüstan azərbaycanlıları Marneuli rayonuna icra başçısı seçirlər

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda icra başçısı seçilir. Saat 10:00-a olan məlumata əsasən, rayonun  22 saylı seçki dairəsinin 5 saylı seçki məntəqəsində qeydiyyatda olan 1387 seçicinin 93-ü səs verib.

Qeyd edək ki, mayın 19-da Gürcüstanda parlamentə, yerli şuralara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədənkənar seçkilər keçirilir.

Gürcüstanın Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Zuqdidi, Çiatura, Xulo və Zestafoni rayonlarına icra başçıları seçiləcək. Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb. Seçkilər ölkə üzrə 410 seçki məntəqəsində keçiriləcək. Bu məntəqələrdə 402 min 91 seçici qeydiyyata alınıb.

Səsvermənin gedişini 49 yerli təşkilatdan 6139, 7 beynəlxalq təşkilatdan 47 müşahidəçi izləyir.

Eyni zamanda 45 KİV-dən 1917 jurnalist səsvermənin gedişini müşahidə edir.

Məqalədə : Marnueli 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
24

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
25

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
35

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
36

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
49

Ərbəin gecəsi Kərbəla - FOTO

21

Oktyabr
11:42
MƏNƏVİYYAT
160

Xəzər dənizində zəlzələ olub

21

Oktyabr
11:30
HÜQUQ,HADİSƏ
40
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 16:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru