Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
15:45
301
`Bakı Metropoliteni` 2 gün gücləndirilmiş rejimdə işləyəcək

Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, "Bakı Metropoliteni" QSC oyunun keçiriləcəyi tarixlərdə - mayın 29-30-da gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə Faktxeber.com-a qurumdan bildirilib. 

Məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq, hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

Məqalədə : Bakı metropoliteni 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1452

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
421

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
177

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1169

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
957

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2301

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
1003
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 09:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru