Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
15:06
1307
Voyniç manuskriptinin 600 illik sirri açıldı-FOTO

Böyük Britaniyanın Bristol Universitetindən linqivist Gerard  Çeşir 600 ildir sirri açılmayan Voyniç manuskriptini şifrələyə bildirib. FaktXeber.com-un verdiyi məlumata görə, alimin çıxarışları Romance Studies jurnalında dərc edilib.

Hazırda yoxa çıxan qədim roman dialektində yazılan əlyazma 1912-ci ildə polşalı kitab taciri Vilfrid M. Voyniç tərəfindən tapılmışdı. Həmin vaxtdan bəri sənəddə nə yazıldığı öz sirrini qoruyurdu. Hətta Alan Turing kimi məşhur kod açanlar belə  tapıntını tam araşdıra bilməmişdi. Bu səbəbdən manuskript dünyanın ən sirli əlyazması olaraq qəbul edilirdi.

Dr. Gerard Çeşir isə bunu araşdırmaq üçün cəmi 2 həftəsini sərf edib. Yazının 15-ci əsrə aid olduğunu təsbit edən elm adamı sirri çözmək üçün bu gün ölü dil sayılan  protoroman dilindən istifadə edib.

«Manuskript  protoroman dilində – hazırda Portuqaliya, Fransa, İspaniya və sair ölkələrdə danışılan  dil ailəsinin əcdadında yazılıb. Bu dil orta əsrlərdə Aralıq dənizi ölkələrində hamı tərəfindən ümumi danışıq dili kimi istifadə olunsa da, heç kim yazmırdı, çünki latın dili nəcib ailələrin, kilsələrin və dövlətin dili idi. Bu səbəbdən bu dil tamamilə yoxa çıxıb», - deyə alim vurğulayıb.

Onun sözlərinə görə, əlyazmada olan bir çox sözlər müasir ispan, portuqal, rumın və hətta polşa dilində istifadə olunur.

Çeşirin fikrincə Voyniç manuskripti - tibbi kataloq və özünəməxsus tarixi ensiklopediyadır. Onu XV əsrin ortalarında Dominikan Ordeninin rahiblərin Araqon kraliçası Mariya Kastilskaya üçün hazırlayıb.

Manuskriptdə müxtəlif qadın xəstəliklərinin müalicəsi ilə bağlı reseptlərdən əlavə 1444-cü ildə Vulkano adasında vulkan püskürməsinin tarixçəsi də var. Həmin vaxt əri V Alfonsonun olmadığı mddətdə ölkəni idarə edən Mariya Kastilskaya sakinlərə bu kataklizmdən xilas olmağa kömək etmişdi.

Araşdırmaçı yaxın günlərdə manuskriptin yerdə qalan 200 səhifəsini də oxuyacağına  və digər sirləri çözəcəyinə ümid edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
45

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
40

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
45

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
45

İki rayonda qaz olmayacaq

21

Oktyabr
12:07
ÖLKƏ
54
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 19:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru