Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
14:22
Milli Məclis daha iki qanuna dəyişiklik etdi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Yol hərəkəti haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, bununla  qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

***

Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına ötürməyən daşıyıcılar cərimələnəcəklər.

Bununla bağlı məsələ Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Bu dəyişikliklərə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycanın ərazisinə enəcək və ərazini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısını biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Təqdim olunan qanun layihəsində həmin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur.

Sərnişinlər və ekipaj üzvləri barədə barədə müvafiq icra hakimiyyəti oqranına məlumatların verilməməsinə görə vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər 3000 manat məbləğində cərimə ediləcəklər.

Qanuna dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48418

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46467

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48111

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47696

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53254

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47331

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47705
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 04:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru