Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
13:31
4202
Xərçəng riskini artıran faktor müəyyənləşib

Artıq çəki  xərçəng xəstəliyi riskini  artırır.  FaktXeber.com-un NewsHub portalına istinadla verdiyi məlumata görə, Avstraliyanın Berqhofer  İnstitunun  Tibb Elmi Araşdırma İnstitutunun alimləri bu faktı  sübut ediblər. 

Araşdırma çərçivəsində ekspertlər piylənməyə genetik meyilliliklə xərçəng arasında  qarşılıqlı əlaqəni təsdiqləyib. Bununla belə alimlər etiraf edirlər ki , onkoloji xəstəliyin  yaranmasına qidalanma vərdişi və fiziki aktivlik səviyyəsi kimi faktorlar da  təsir edə bilər.

Alimlər belə qənaətə gəliblər ki, artıq çəkili insanlarda bədən kütləsi indeksində hər artıq 5 punkt xərçəng xəstəliyi riskini 10 faiz artırır. Bunun yanında  norma çərçivəsində  çəkini saxlamaq isə  xərçəng riskini 30 faiz azaldır.

Bədən kütləsinin indeksi (BKİ) - insan bədəninin çəkisini qiymətləndirmək üçün ölçü ədədidir. O belçikalı alim Adolf Ketle tərəfindən yaradılmışdır. Köklük bütün dünyada bir problem olduğu zamanda, bu ölçü ədədində hər şeydən oncə insanları onları gözləyən təhlükədən xəbərdar etmək və qorumaq üçün istifadə edilir.

BKI bu düsturla tapılır:

burada:

m — bənənin kütləsi, kq,

h — insanın boyu, m,

ölçü vahidi kimi kq/m2 alınır.

Normal çəkiyə malik adamlar üçün Ümumdünya Səhiyyə Təşkilatı işlədiyi qaydaya əsasən 18,50 kq/m² və 24,99 kq/m² arasında yerləşən BKİ qiyməti normal, 30 kq/m²-dan artıq qiymətə malik şəxslərin isə müalicəyə ehtiyacı olması göstərilri.

Çəki sinifləşdirilməsi aşağıdakı cədvəldə verilmişdir:

Kateqoriya BÇİ (kq/m²)

BÇİ-nin cədvəldə verilən qiymətlərini interpretasiya edən zaman şəxsin yaşı da nəzərə alınmalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
177

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1048

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
243

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
394
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 02:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru