Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
10:20
373
QAT-ın mitinqinə icazə verilmədi

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də keçirmək istədiyi Qarabağ mitinqini məqsədəuyğun saymayıb. Bu barədə Faktxeber.com-a QAT-dan məlumat verilib. Məlumatda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ probleminin həlli ilə bağlı ölkə hakimiyyətinin addımlar atdığını qeyd edərək mitinqə “yox” cavabı verib.

BŞİH-in mənfi cavabına QAT-ın münasibətinə gəlincə, razılaşdırılmamış aksiya keçirilməyəcək. “Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı, ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır”, - deyə QAT-ın məlumatında bildirilir.

QAT bundan sonra da mitinqlərlə bağlı müraciətlərini davam etdirmək niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən indiyə qədər müxalifət təşkilatlarının, həmçinin Qarabağ Komitəsinin də mitinq keçirmək üçün çoxsaylı müraciətlərinə BŞİH-dən mənfi cavab verilib.

Hazırda BŞİH-də Azərbaycan Xalq Hərəkatının da mayın 26-da Yasamal rayonundakı “Məhsul” stadionunda mitinq keçirmək üçün məktubu var. Müraciətə hələ cavab verilmədiyi bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

14

Sentyabr
15:12
İDMAN
508

Sabah hava yağmurlu olacaq

14

Sentyabr
14:00
ÖLKƏ
605

Aeroport yolunda növbəti qəza - VİDEO

14

Sentyabr
11:18
HÜQUQ,HADİSƏ
638

Həyatımızı təhlükəyə atan İNTERNET SƏHİYYƏSİ

13

Sentyabr
16:52
AİLƏ, SAĞLAMLIQ
1139

Nazir post-patrul əməkdaşlarına qadağa qoydu

13

Sentyabr
16:12
HÜQUQ,HADİSƏ
723

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13

Sentyabr
14:59
İQTİSADİYYAT
696
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-09-2019 08:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru