Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
16:56
307
Bakıda dəhşətli avtobus qəzasının görünütüləri yayıldı - VİDEO

Bakıda baş verən ağır yol nəqliyyat hadisəsi təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb.

FaktXəbər-in "Avtosfer"ə istinadən məlumatına görə, yol kənarında dayanan avtobusa arxadan zibil daşıyan maşın çırpılır. Hadisə nəticəsində bir neçə sərnişin xəsarət alıb. 

Qəzanın baş vermə səbəbləri dəqiq açıqlanmasa da görüntülərdən aydın olur ki, zibil maşınının sürücüsü səhlənkar davranır. Göründüyü kimi avtobusla zibil maşını arasında xeyli məsafə var. Lakin zibil maşınının sürücüsü nə sürəti azaltmır, ya da zolağı dəyişib hərəkətini davam etdirmir. Ehtimal etmək olar ki, o, sükan arxasında ya yuxulayıb, ya da başı nəyəsə qarışıb. Ancaq hadisə səhər saatlarında baş verdiyi üçün onun yuxulu olma ehtimalı daha yüksəkdir.

Qeyd edək ki, DYP əməkdaşlarının sayıqlığı nəticəsində səhər saatlarında sükan arxasına içkili vəziyyətdə keçən bir neçə sürücü aşkarlanıb. Onlar zibil maşını sürdüklərini və yol polisi tərəfindən saxlanılmayacağını güman edirlər. Xüsusilə qış aylarında bu hal geniş yayılıb. 

Yol polisi hər səhər təxminən saat 5-6 radələrində bu sürücüləri nəzarətdə saxlayır. Bununla belə təssüf olsun ki, bu cür hallar yenə baş verir. Hətta zibil daşıyan avtomobillərin texniki cəhətdən nasaz olduğu müşahidə olunur.

Ümid edirik ki, aidiyyəti qurumlar olan Bakı və rayon icra hakimiyyətləri buna ciddi nəzarət edəcəklər. Bu maşınları idarə edən sürücülər tibbi müayinədən keçiriləcək. Həmçinin avtomobillər texniki baxışdan keçdikdən sonra xəttə buraxılacaq.

Görüntüləri təqdim edirik:

Məqalədə : avtobus qəzası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Görməni zəiflədən məhsullar

23

May
14:29
AİLƏ, SAĞLAMLIQ
66

Qohum evliliklərin gətirdiyi bəlalar

23

May
11:11
MÜNASİBƏT
1647

Məktəbli çantalarının yükü azaldılacaq

23

May
10:49
ELM / TƏHSİL
889
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2019 14:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru