Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
15:24
236
Günahkarı da günah vasitəsilə tanımaq lazımdır

Günahı kim edir etsin günahdır. Demək olmaz ki, bu şəxs həmin işi görür deyə eybi yoxdur. Yaxud, yəqin eybi yoxdur. Xeyir! Günahı tanımaq, günahkarı da günah vasitəsilə tanımaq lazımdır. Kim günah iş gördüsə günahkardır. Filan şəxs bu işi görürsə, demək eybi yoxdur ki, görür, eybi olsaydı görməzdi təsəvvürü yanlış təsəvvürdür. Əlbəttə, doğruya yozmağın eybi yoxdur. Əksinə, bu çox yaxşıdır. Bütün möminlərin işlərini insan yaxşıya yozmalıdır. Nə qədər ki, mümkündür fəsada, günaha yozmaq olmaz. Amma kimsə bir aydın, aşkar günah iş görürsə onun kim olmasının fərqi yoxdur. Əksinə, fərqli insanlar günah edirlərsə, günahlarının cəzası, pisliyi daha da çox olacaqdır.

Buna görə də əsas məsələ günahdan çəkinməkdir. Çalışaq bu ramazan ayında inşaallah nəfsimizi öyrəşdirməklə özümüzü günahdan uzaq tutaq. O zaman mələklər aləminə yüksəliş müyəssər olacaq və insan üçün müəyyən olunmuş mənəvi seyrə çıxa biləcək. Amma günah yükünün ağırlığı ilə belə bir şey mümkün deyil. Bu ramazan ayı günahdan uzaq olmaq üçün çox yaxşı fürsətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
29

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru