Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
14:49
417
“Google Translate” servisində əlavə reallıq funksiyası istifadəyə veriləcək

"Google Translate" servisində son illərin ən böyük yenilənməsi həyata keçirilərək əlavə reallığa əsaslanan funksiyaların – mobil qurğunun kamerası vasitəsilə tərcümə imkanının istifadəyə veriləcəyi gözlənilir.

Hazırda "Google Translate" proqramı işə salınan və smartfonun kamerası tanış olmayan dildə mətnə yönəldilən zaman ilk növbədə dil və tərcümə ediləcək mətnin seçilməsi tələb olunur. Bu isə rahat deyil.

Lakin gələcək "Google Translate" versiyasında əlavə reallıq vasitəsilə dili və şəkil üzərində mətni avtomatik müəyyənləşdirmək mümkün olacaq. Bu, istifadəçiyə proqramı işə salaraq əlavə reallıq rejimini qoşmaqla lazımi tərcüməni etməyə imkan verəcək.

Virtual reallıq funksiyası ilə işləyəcək "Google Translate" servisinin yenilənmiş versiyasının istifadəyə verilmə vaxtı barədə məlumat verilmir.

Məqalədə : Google Translate 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 22 nəfərə buynuz qişa köçürülüb

20

May
12:57
AİLƏ, SAĞLAMLIQ
25

DİN: Həftəsonu yol qəzalarında 6 nəfər ölüb

20

May
11:06
HÜQUQ,HADİSƏ
1060

Tovuzda 5 nəfər qidadan zəhərlənib

20

May
10:52
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 13:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru