Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
14:40
1593
`Arsenal` UEFA və Azərbaycana qarşı `hücuma` keçdi

"Arsenal" futbol klubu Avropa Liqasının finalının Bakıda keçirilməsi barədə UEFA-nın qərarını sərt tənqid edib. FaktXeber.com-un məlumatına görə, klub uyğun bəyanatı öz saytında dərc edib.

"Arsenalda hər kəs Avropa Liqasının finalına çıxdığı üçün şaddır və mayın 29-da keçiriləcək "Çelsi" ilə oyunu səbirsizliklə gözləyir. Bununla belə nəqliyyat məhdudiyyətlərinə görə UEFA 60 minlik stadiona "Arsenal" üçün 6 mindən artıq bilet verə bilmir. Bakıya səfər çətinliklərini nəzərə alaraq "Arsenal"ın heç olmasa 6000  azarkeşinin belə Bakıya gəlib-gəlməyəcəyini zaman göstərəcək.

Bizim 45 min abonement sahibimiz var. Azarkeşlərin çoxu  finala ona görə gələ bilməyəcək ki, UEFA  belə məhdud nəqliyyat təminatlı yer seçib. Bu da düz addım deyil.

Reallıq budur ki, finala kimin çatmasından asılı olmayaraq, o, öz azarkeşlərini təmin edə bilməyəcək.

Biz öz azarkeşlərimizdən bu məsələ ilə bağlı çoxlu şikayətlər almışıq və onların narazılıqları ilə tam şərikik.

Azarkeşlərimiz adından biz finalların keçirilməsi üçün yerlərin kriteriyalarını anlamaq və azarkeşlərin tələblərinin nə dərəcədə diqqətə alındığını öyrənmək istərdik".

Bəyənatın sonunda klub UEFA-nı gələcəkdə yer seçərkən azarkeşlərin maddi-texniki təminatı və tələblərini əsas götürməyə çağırıb : "Bu mövsümdə baş verənlər yolverilməzdir və təkrarlana bilməz. Biz belə vəziyyətlərdən qaçınmaq üçün istənilən diskusiyalara qoşulmağa şad olarıq". 

Məqalədə : UEFA "Arsenal" Avropa Liqası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
1327

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
164

Atəşkəs rejimi 186 dəfə pozulub

19

May
10:44
HƏRB
119
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-05-2019 02:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru